İranın su böhranı - ARAŞDIRMA
24.07.2015 12:19 A-reaksiya 3271

İran üçün 2014-cü il ölkədə bir müddətdir davam edən su böhranının getdikcə daha ciddi hala gəldiyi bir dönəm oldu. 2015-ci ilin də ona bənzər bir dönəm olacağı gözlənilə bilər. Hərçənd ki, əvvəllər baş vermiş su qıtlığı zamanı bilinən su qaynağları bollaşsa da İranın hazırdakı su problemi daha ciddi məsələyə dəlalət edir. İranın qərbində Orta Şərqin ən Aböyük gölü olan Urmiya illər içində ciddi şəkildə kiçildi. Hövzədəki həddən artıq su istifadəsinə səbəb olan quraqlıq şərtləri bu nəticəni yaradan səbəblərin başında dayanır. 2011 və 2012-ci illərdə Urmiya gölünün getdikcə daha da pisləsən vəziyyəti ilə bağlı geniş miqyaslı hadisələr baş verdi. Hadisələr zamanı onlalrla insanın tutulması barədə mətbuatda xəbərlər yayıldı. Bölgədə kürdlərin olması və bunun yaratdığı həssas məsələlər də nəzərə alındığında Urmiya gölünün bərpa edilməz vəziyyətdə kiçilməsindən qaynağlanabiləcək problemlərin sadəcə su məsələsi ilə bitməyəcəyi gözlənməlidir.
Digər tərəfdən də Şərqdə Əfqanıstan ilə Helmənd gölü ilə bağlı gelişmələr də yaxından izlənilməlidir. İki ölkə arasında 1970-ci illərin ilk yarısına dayanan bir su paylaşma müqaviləsinin mövcudluğuna qarşı Əfqanıstandakı hadisələr və xüsusən də Taliban zamanında İran-Əfqanıstan əlaqələrinin problemli mənzərəsi və Taliban zamanından sonra baş verən gəlişmələr bu ölkədən İrana müqavilədəki formada mütəmadi su axınının olmaması bir müddət davam etdi. Bu müddət ərzində bölgədə kənd mərkəzlərinə ciddi həcmdə daxili köç yaşandı. Köçlərin bəlkə də ən böyük fəsadı kəndlərin onsuz da sıxıntı içində olan əsas hissəsinə artıq yük gətirməsi oldu. Bu köçlərin fəsadlarından digəri də əvvəllər əkilən ərazilərin boş qalması və dolayısıyla bölgədəki qum fırtınaları şiddətinin artması oldu. İrandakı su böhranı özünü ən çox Tehranda göstərdi. 2014-cü ilin sentyabrında Tehrandakı su istifadəçilərinin sularının gündə bir neçə saat da olsa kəsildiyi barədə məlumatları rəsmi dairələrin ölkədəki su böhranının kritik vəziyyət aldığı yönümdəki açıklamalar izlədi. Əslində İran neft və su barədə çox kasıb bir ölkə sayılmaz, xüsusən də Orta Şərqdə. İranın 2000-2100 mm kimi çox böyük ölçülərdə qəbul ediləcək yağış alan Xəzər sahilindəki yerlərin yanında daxili kəsimlər kimi nöqtələrdə 50 mm-ə qədər düşən yağışlar da söz konusudur. Ildə adam başına su istifadəsi 1600-1700 kubmetr həcmindədir. Bu rəqəm Türkiyə daxil olmaqla Orta Şərq ölkələrində adambaşına düşən su miqdarından daha çoxdur. Ancaq getdikcə artan əhali sayında paralel dəyişən pərakəndə əhali yayılması və bu çərçivədə Tehran başda olmaqla kənd aqromelyarasiyasındakı hədsiz əhali artımı bu bölgələrdəki su təminatını çətinləşdirən səbəblərdən biridir.
İranın orta hissələrində də uğursuz su idarəsi nəticəsində zəif olan bir çox anbarın quruduğu bilinir. Yenə də bu bölgədə bəlli sayda su hövzəsinin də itirildiyi xəbəri məlumdur. Ən az yağıntının düşdüyündən bu bölgə İranın su məsələsində ən kritik torpaqları sırasındadır.
İranın təməl yanaşması tələbata uyğun su preoblemlərinin həllinə yönəlməkdən çox tələb artımını hədəfləyən bir cizgidə gerçəkləşdirilir. Bu çərçivədə İranın yaşadığı su sıxıntısının getdikcə uzun məsafələrdən su təmini alternativlərinə, hövzələr arası su transferi layihələrinə yönəlməsi bəlkə də qısa zamanda da olmasa uzun müddətdə ciddi şəkildə yaşanması gözlənən bir irəliləyişdir. Belə bir münasibətin ilk addımlarını əahlisinin üçdə bir hissəsini ərəblərin təşkil etdiyi Huzistan əyalətindən daxili bölgəyə su transferi layihəsinin həyata keçirilməsi zamanı yaşanan protestolar nəticəsində layihənin dayandırılması yaratdı.
Bu və buna bənzər layihələrin gerçəkləşdirilməsi ilə Dəclə-Fərat hövzəsi sularının ölkənin su qıtlığı yaşanan bölgələrə doğru nəql edilməsinin yara biləcəyi təsirlər iri həcmli olacaqdır. Bu yeni “hövzələr arası su transferi” siyasətinin Dəclə-Fərat hövzəsinə tətbiq edilməsi onsuz da bölgədə cərəyan edən sərhəd aşan su siyasətinin daha da gərginləşməsi gözlənilə bilər. Məsələylə bağlı siyasətin bir qismini Dəclənin artıq sularının Dəclə-Fərat hövzəsindəki İraq və Suriya tələblərinin qarşılanması üçün istifadə edilməsi şərtlərini dayandıran Türkiyənin də getdikcə bu vəziyyətlə bağlı müsasibətini gündəmə gətirib müzakirəyə başlaması yerində olacaqdır.
Şərhlər