İran nüvə sazişi... - İndi nə olacaq?

24.07.2015 14:54     A-reaksiya     3230

İran nüvə müqaviləsini təqib edən prosesdə region ölkələri arasında mövcud gərginliklərin daha da artmaması  üçün regional miqyasda siyasi səy və xüsusilə də İran-Səudiyyə Ərəbistanı münasibətlərində bir yumşalma şərtdir.

İranın nüvə proqramı ilə bağlı beynəlxalq müqavilənin detalları yavaş-yavaş aşkara çıxanda, Avropa İttifaqı Xarici Siyasət Nümayəndəsi Federika Mogherini müqaviləni beynəlxalq əlaqələr sahəsində yeni bir səhifə kimi qiymətləndirdi.

 Şübhəsiz, müqavilənin müzakirəçilərin yönəldiyi nüvə tərksilah probleminin həllindən daha çox nəticələri olacaq. Bu da müqavilənin Yaxın Şərqdə oyunun qaydalarını dəyişdirəcək mümkün təsirləri ilə mübarixə aparmaq üçün təcili olaraq yeni diplomatik səylərə ehtiyac olduğu mənasına gəlir. İran və qonşuları arasında regional siyasi gərginliklər müzakirə olunmadan aparılacaq bir nüvə müqaviləsi bu təsirləri gərginləşdirəcəkdir.

Müqavilənin ən təsirli tərəflərindən  biri BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniyanın (P5+1) müxtəlif siyasi fikir ayrılıqlarına baxmayaraq ortaq bir cəbhə təşkil etmələridir. Bu ittifaqı möhkəmlətmək üçün İranın regional rolu ilə bağlı daha geniş miqyaslı məsələləri müzakirə etmək əvəzinə danışıqların nüvə proqramını geniş yayılmasının qarşısını almaq kimi dar bir çərçivədə qalması məsələsində israr etdilər.

Bitməyən regional münaqişələr

 Ancaq regional güclər təhlükəsizlik strukturunun başlıca olaraq ABŞ-a və ABŞ-ın İranı nəzarət altında saxlamasına faydalı olduğu bir bölgədə, P5+1i oyununun qaydalarını dəyişdirəcək daha önəmli bir faktor kimi görür.

 ABŞ-ın önəmli müttəfiqləri Ər-riyad, Abu Dəbu və Qahirəyə görə nüvə sazişi İranın bölgədəki rolunun normallaşdırılmasının ilk addımıdır. Ancaq bu bir səhv ola bilər, çünki nüvə silahlarının yayılmasının qarşısını almaq arzusunun səmimi bir dostluğa əsas yaradacağını söyləmək mümkün deyil.

 Amma müqavilə, Körfəz ölkələrinin Vaşinqtonun qərarlarına güvənmədiyi  ABŞ-ın İraqı İrana, Misiri da müsəlman qardaşlara təslim etdiyini düşündüyü Suriyaya müdaxilə məsələsində narazılığının arxasında isə İran ilə yaxınlaşmaq arzusunun olduğundan şübhələndiyi bir dövrdə aparıldı.

Ən nikbin ssenaridə İranla aparılan nüvə müqaviləsi ölkənin beynəlxalq əlaqələrində dönüş yaradır və bu sayədə Tehran bölgəyə və dünyaya daha yaxşı inteqrasiya olar. Nəticə olaraq daha az təhdid edilən  İran içəridə də daha az mürtəce olacaq. Belə bir vəziyyətdə İrandakı müxtəlif qüvvələr də ölkənin gələcək gedişinə dair əllərindəki variantları hesablamağa başlayacaq.

Ancaq tarixi bir dönüş perspektivi çox nikbin bir ehtimaldır. Regional münaqişələrlə bağlı diplomatik proses olmayınca işlər vəkil müharibələri üzərindən addımlayır. Münaqişələrin daha da intensivləşmə potensialı daşıdığı Yəmən və Suriyada olan Livan və İraq da asanlıqla həmin vəziyyətə düşə bilər.

 İsrail və İranın Livanlı müttəfiqi Hizbullah arasında yenidən qarşıdurma yaranması riski də var. Dövlətlər arasındakı gərginlik heç bir dövlətin nəzarətində olmayan dövlət kənar aktorlar tərəfindən daim artırdıqca regional qarşıdurma  Körfəz ölkələrinə də yayıla bilər. Belə ki, İraq və Şam İslam Dövləti (İŞİD), adam toplama strategiyasının əsasına İran əleyhinə ritorikaları oturdarkən, İraq və Suriyadakı şiə quruplaşmalarının sayı da İran tərəfindən dəstəklənənlərdən daha çoxdur.  

İran və Ərəb Körfəz ölkələri arasındakı münasibətlər hər zaman bu qədər pis deyildi. 1997-2005 illər arasında  İranın keçmiş Prezidenti Məhəmməd Hatəmi dövründə bir razılıq mühiti baş verdi. İran Milli Təhlükəsizlik Şurasının sədri 2004-cü ildə Səudiyyə Ərəbistanının ən yüksək şərəf ordeni ilə mükafatlandırıldı. Ancaq bütün bunlar  İranda daha qatı fikirli qüvvələrin önə çıxması, Mahmud Əhmədinejadın prezidentliyinə seçilməsi və 2003-cü ildən sonra İraqdakı güc mübarizəsi başa çatıb.

Körfəzdə mülayim siyasət əsas şərtdir

Bölgənin əsrlərdir bir məzhəb qarşıdurması içində olduğunu düşünmək Qərbli güclərin işinə yarayan  bir münasibətdir, çünki bölgədəki gərginliklərdə Qərbin oynadığı rolu heç hesaba qatmır. Ancaq bu vəziyyəti həddən artıq sadələşdirmək olar. Həqiqət əslində çox daha mürəkkəbdir.  İraqdakı rejim dəyişikliyinin nəticələri, Ərəb Baharı sonrası inkişaf edən hakimiyyət boşluğu və ABŞ-ın Körfəzə təhlükəsizlik öhdəliyinin dəyişdiyi hissi ilə formalaşan geosiyasi kimlik siyasətindən istifadə edir.

 Dünyanın ehtiyacı olan, İran və Körfəz Əməkdaşlıq Şurası ölkələrinin şəxsən müdaxilə edən tərəf olaraq bölgə siyasətinə dair fikir ayrılıqlarının öhdəsindən gələcəyi paralel bir yoldur. İran müqaviləsinin az hissəsi bu və P5+1 ölkələrinin bu son hissənin yerinə yerləşdirilməsi üçün səy göstərməsi şərtdir. Belə bir prosesə regionla daha az tarixi əlaqəsi olan Şimali Avropa və Şimal dövlətləri, Cənubi Afrika və Braziliya kimi neytral qüvvələrlə əməkdaşlıqla vasitəçilik edə bilər.

Danışıqlar Körfəz təhlükəsizliyi ilə başlaya bilər. Hər nə qədər təhlükəsizliyi kimin bərpa edəcəyi məsələsində fikir ayrılıqları olsa da, (çünki İran öz adına regional təhlükəsizlik strukturu istəyir, ancaq İranın regionun ən böyük ölkəsi olduğu üçün belə bir tikilinin üzərində hakimiyyət qurmasının da qaçılmaz olacağını düşünən mühüm Körfəz ölkələri ABŞ-ın qoruyucuya davam etməsinə tərədirlər) neftin və malların sərbəst şəkildə daşınması mövzusunda ortaq bir maraq var. Uzun perspektivdə  Körfəz təhlükəsizliyi çox tərəfli bir məsuliyyət ehtiva edən, qlobal bir ictimai fayda olaraq yenidən başa düşülə bilər. Çox tərəfli bir rol, tamamilə yerli xarakterli bir çərçivədə işin təbiəti gərəyi olan asimmetriya yumşalda bilər.

 Müzakirənin bütün problemləri qısa müddətdə həll edəcəyini düşünmək səhv olar. Amma ən azından İran-Səudiyyə Ərəbistanı münasibətlərində bir yumşalma şərtdir. Əks halda bölgəni təsiri altına alan münaqişələr, tarixi beynəlxalq nüvə sazişindən sonra yəqin ki, daha da yüksələcəkdir. 

Tərcümə: Rumiyyə Miraslan

Şərhlər

Çox oxunanlar