Fikrət Sadıxov: Azərbaycana qarşı açıq çıxışlar edən dairələr var
24.12.2016 12:35 A-reaksiya 1670
Fikrət Sadıxov: Biz sözümüzü deyib öz mövqeyimizi bildirdik
Politoloq Fikrət Sadıxov deyir ki, 2016-cı il ərzində çoxlu hadisələr baş verib: “Separatçılıq, terror aktları və münaqişələr 2016-cı ildə daha da qabarıq şəkildə öz əksini tapıb”.
“Azərbaycan belə bir mürəkkəb vəziyyətdə öz stabilliyini saxlaya bildi. Bu özü-özlüyündə asan məsələ deyil və peşəkarlıq tələb edir. Biz hər iki qütbnən – Rusiya və Qərblə öz münasibətlərimizi nəinki normal səviyyədə saxlaya bildik, hətta bunu inkişaf da etdirə bildik. Məlumdur ki, Qərbdə bir sıra dairələr Azərbaycana qarşı açıq çıxışlar edir. Biz bunu nəzərə alaraq bir sıra incə addımlarımızı atdıq – qıcıqlandırmadıq və eyni zamanda sözümüzü deyib öz mövqeyimizi bildirdik”, — deyə o bildirib.
Şərhlər