Azay Quliyev: KTMT baş katibinin bəyanatı qəbuledilməzdir

30.12.2016 13:25     A-reaksiya     1569

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən hadisə ilə bağlı bəyanatı qəbuledilməzdir.

Bunu millət vəkili Azay Quliyev N.Bordyujanın bəyanatını şərh edərkən deyib.

O bildirib: "Birincisi ona görə ki, Bordyuja beynəlxalq hüquq normalarının, BT TŞ-nın qətnamələrinin və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərin tələblərini kobud şəkildə pozaraq Ermənistan tərəfindən işğal edilmiş və separatçılar tərəfindən yaradılmış qondarma bir qurumu "Dağlıq Qarabağ Respublikası" adlandırıb. İkincisi, KTMT-nin heç bir üzvü - Qazağıstan, Qırgızıstan, Belarus, Tacikistan, Ösbəkistan, Rusiya və hətta Ermənistan DQR adlı bir qurum tanımadığı halda, Bordyujanın bu bəyanatı təmsil olunduğu təşkilatın nizamnaməsini ciddi şəkildə pozmuş olur. Hesab edirəm ki, bu baş katibin ciddi məsuliyyətsizliyi və özfəaliyyətidir. Düşünürəm ki, işğalçı Ermənistan istisna omaqla təşkilatın bütün üzvləri baş katibin bu yersiz və əsassız bəyanatına münasibət bildirməlidir".

Deputat qeyd edib ki, ən azındən səfirlik səviyyəsində biz onlardan açıqlama və izahat gözləyirik:

"Üçüncü Bordyujanın DQ ilə baglı verdiyi bəyanat və atəşkəsin pozulmasına görə ad çəkməsə də, Azərbaycanı ünvan kimi göstərməsi də bəzi məsələlərə aydınlıq gətirir. Sanki belə təəssürat yaranır ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Bordyuja ilə birlikdə Azərbaycanın Ermənistanla sərhəd bölgəsində, yəni Tovuz rayonu ərazisində ölkəmizə qarşı düşünülmüş hərbi təxribat planı hazırlayıblar. Çünki sərhəd bölgəsində silahlı insident baş tutan kimi, dərhal Bordyuya Ermənistanın KTMT tərəfindən müdafiə olunacağını bildirdi və "DQR" ifadəsini işlətdi. Bu bəyanat Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin 5-ci dərəcəli nümayəndəsinin əvvəllər verdiyi bəyanatla üs-üstə düşür. Sual olunur Bordyujanın belə bir səviyyəyə enməsinə səbəb nədir? Niyə o erməni separatçılarının sözçüsü qismində çıxış edir? Sonda onu da qeyd etmək lazımdır ki, Bordyujanın bəyanatı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların ruhuna tam ziddir. Ən başlıcası isə bu gün Azərbaycanla Rusiya arasında mövcud olan dostluq və stateji tərəfdaşlıq prinsiplərinin əleyhinədir və onunla bir araya sığmır. Ümid edək ki, Rusiyanın müvafiq qurumları baş katibin dostluğumuza xələl gətirə biləcək bu addımına adekvat qiymət verəcəklər".

Şərhlər

Çox oxunanlar