İran - ABŞ yaxınlaşmasının Yaxın Şərqə təsiri - Araşdırma

25.07.2015 17:58     A-reaksiya     3174

Bugün Yaxın Şərqdə siyasi proseslərə və güc dəngələrinin dəyişməsinə təsir göstərəcək mühüm bir amil olaraq  İran-ABŞ münasibətlərindəki yaxınlaşmanı göstərə bilərik.İki ildir ki, davam etməkdə olan İran və P5 + 1 (və Almaniya) arasındakı nüvə proqramı mövzusuna dair diplomatik danışıqlar nəhayət tərəflərin razılaşmasıyla nəticələndi. Əslində hər iki tərəf üçün əhəmiyyətli olan və müqaviləni "tarixi bir dönüş nöqtəsi" halına gətirən şey, uzlaşılan parametrlərdən çox otuz ildir qopuq olan İran-ABŞ (Qərb) siyasi əlaqələrinin normallaşması ehtimalıdır. Əgər hər şey yolunda gedərsə İran, nüvə proqramına məhdud ölçüdə davam edəcək, on il boyunca möhkəm bir yoxlamaya tabe tutulacaq və buna qarşılıq olaraq da 1979-cu ildən bu yana İrana tətbiq olunan bütün sanksiyalardan xilas olacaq. Başqa bir deyişlə artıq İran İslam Respublikası, iqtisadiyyat-siyasi mənada beynəlxalq sistemin normal bir parçası halına gələcəkdir. Belə bir tarixi müqavilənin siyasi, strateji və geosiyasi nəticələri olacağı qətidir.

İran-ABŞ arasındakı münasibətlərin yaxşılaşmasını təsəvvür etsək gələcəkdə Yaxın Şərqdə güc dəngələrində bir sıra dəyişikliklər görə bilərik. İran qərb və şərq sərhədlərində ABŞ-ı istəmir. ABŞ-ın Hörmüzdən neftin sərbəst axdığını görmək istəməsi kimi, İran da bu axıntıdan mənfəət əldə etmək istəyir, axışı dayandırmaq deyil. Son olaraq iranlılar ABŞ-ın tək başına  təhlükəsizlikləri üçün ən böyük təhdid olduğunu bilirlər.

Bu razılaşma strategiyasında ortaya çıxa biləcək əsl təhdid, İranın sərhədləri tapdalayıb Bəsrə Körfəzinin neft çıxaran ölkələrini birbaşa işğal etmək səyi olar. İran ordusunun maddi-texniki  məhdudlaşdırmalarını düşünsək bu çətin olar. Eyni zamanda təcili  bir Amerikan müdaxiləsinin olacağını düşünərsək İranlılar tərəfindən belə təcavüzkar bir tutum məqsədsiz və öz məğlubiyyətlərini hazırlayan bir hərəkət deməkdir. İran onsuz da bölgədəki suveren gücdür və ABŞ İranın qonşuları üstündəki dolaylı təsirinə maneə törətməyə ehtiyac duymur.İranlılar yalnız birazca təzyiq göstərərək uzun bir embarqo sonrasında neftinin təkrar bazara çıxmasıyla müzakirəsiz üstünlük əldə edə bilərlər. Ayrıca iqtisadiyyatlarına yenidən investisiyaların axdığını da görə bilərik.

Bu ittifaqın gərçəkləşməsi nəticəsində  məğlub olan tərəflər əlbəttə Ərəb yarımadasındakı Sünnilər olacaq, buna Səud ailəsi də daxildir.ABŞ-İran müqaviləsi ABŞ-ın Səudiyyəlilərlə olan tarixi əlaqələrini yenidən müəyyən edəcək. Səudilərin həm ABŞ-ı maraqlarının təminatçısı olaraq görməsi, həmdə İranla bir növ siyasi uzlaşma gəlməsi lazımdır. O zaman Bəsrə Körfəzinin geosiyasi dinamikası hər kəs üçün dəyişmiş olar.

İsraillilər də özlərini təhdid altında hiss edəcəklər amma Səudiyyəlilər və Bəsrə Körfəzinin digər krallıqları qədər deyil. İllərlə İranın İsrail əleyhdarı ifadələri həddindən artıq idi,  amma hərəkətləri ehtiyatlı idi. İran hərəkətsizliyinin  üstünü örtmək üçün  bir oyun oynadı. Sonunda İsraillilər ABŞ qərarı  ilə tələyə düşmüş olacaqdılar. İsrailin İran nüvə proqramını yox etmək üçün ehtiyac duyduğu uzun müddətli  hava axını imkanı məhduddur. Bəsrə Körfəzi bölgəsinin geosiyasi düzülüşünü yenidən şəkilləndirəcək hərbi gücdən məhrumdurlar. Ayrıca etibarlı qərb sərhədi və Bəsrə Körfəzi suverenliyi qarşısına qoyulduğu təqdirdə İran çox uzlaşmacı  ola bilər. Belə imkanlarla müqayisədə İsrail onlar üçün kiçik, uzaq və simvolik bir məsələdir.

Nəticədə ABŞ  üçün bir neçə üstünlük olacak. Əvvəla, təməl olaraq İsrail maraqlarını  təhdid etməyən bu hücum, ABŞ-ın İsrail tərəfindən idarə  edilmədiyini göstərəcək. İkincisi, Səudiyyə Ərəbistana ABŞ-ın başqa variantları olduğunu göstərəcək. Çünki,  səudilərin gedəcəkləri bir yer yoxdur və Amerika-İran müqaviləsində ABŞ onalara nə zəmanət versə ona  arxalanacaqlar.

ABŞ ilə ittifaq ərəblərlə əlaqələrdə İrana müvəqqəti olaraq üstünlük verəcək, amma bir neçə il içində ABŞ-ın ortaya yeni bir güc tarazlığı irəli sürməsi lazımdır. Pakistan təsirini qərb istiqamətində əks etdirə bilməz. İsrail İranın qarşı tarazlığı olmağı üçün çox uzaq və çox kiçikdir. Ərəb Yarımadası çox dağınıqdır və ABŞ-ın silahlarını artırması üçün edəcəyi təşviqin vəziyyəti daha da gərginləşdirəcək. Daha həqiqi bir alternativ, Rusiyanı İran sərhədinə doğru təsirini artırması üçün təşviq etməkdir. Bu onsuz da ola bilər, amma bu başqa yerlərdə böyük problemlər yaradar.

İran üçün qarşı tarazlıq meydana gətirən və bölgədə uzun müddətli güc olmağı bacaran tək ölkə Türkiyədir, ABŞ hər nə edirsə  etsin bu mərtəbəyə çatacaq. Türkiyə dünyanın ən böyük on yeddinci iqtisadiyyatına  sahibdir və Orta Şərqdəki ən böyük  iqtisadi gücdür. Bölgənin- ruslar və bəlkə ingilislər xaric- və böyük ehtimalla Avropanın ən güclü ordusuna sahibdir. Müsəlman dünyasındakı çox ölkə kimi onlar da bu anda öz sərhədləri içindəki dünyəviliklə İslamçılıq arasında bölünmüş vəziyyətdədirlər, amma mübarizələri Müsəlman dünyasının digər ölkələrində yaşananlara görə çox daha məhduddur.

İranın Ərəb Yarımadasına hakim olması Türkiyənin maraqlarına uyğun gəlməz, çünki bölgə neftinə qarşı onun da iştahı qabarmış vəziyyətdədir, bu onun Rus neftinə olan asılılığını azaldacak. Ayrıca, Türkiyə İranın özündən daha güclü olmasını istəmir. İranın kiçik bir kürd əhalisi varkən, Cənub-Şərqi Türkiyə çox sayda kürdün yaşadığı bir yerdir. Regional və qlobal güclər İraq, Türkiyə və İrana təzyiq etmək və ya onların tarazlığını pozmaq üçün kürdlərdən  istifadə edirdilər. Bu köhnə bir oyundur və daima həssas bir  mövzu olub.

Gələcək dövrlərdə iranlılar Türkiyə ilə  başa çıxa bilmək üçün əhəmiyyətli qaynaqlar ayırmaq məcburiyyətində qalacaqlar. Bu arada,  Ərəb dünyası şiə İranla    qarşı -qarşıya çıxarılacaq bir güc axtaracaq. Türk gücünün Osmanlı İmperatorluğu dövründəki acı tarixinə baxmayaraq, Sünni Türkiyə yenə də ən yaxşı namizəddir.

Yaxın Şərqin kompleks problemlərinə həll olaraq Amerikan başçısı İranla müvəqqəti bir razılaşma yoluna getməlidir; belə bir anlaşma  İrana istədiyini verər, ABŞ-a geri çəkilmək üçün imkan yaradar və eyni zamanda sünni kökdən olan  din tərəfdarları üçün ortaq düşmənçiliyin təməlini meydana gətirər. Başqa bir deyişlə,  Amerika  Ərəb yarımadasını İranın təsir dairəsinə  daxil edərkən birbaşa idarəetməni məhdudlaşdırmalı və digərləri arasında səudi krallarını da əlverişsiz vəziyyətə salmalıdır.

Bu strategiya  İran gücüylə üzləşib onu şəkilləndirməyə çalışacaqdır. Ancaq şəkilləndirsə də şəkilləndirməsi də bölgədəki güc tarazlığının həlli Türkiyənin yüksəlişi olacaqdır. Güclü bir Türkiyə, İran və İsrailin qarşı tarazlığı olar və Ərəb Yarımadasının sabitliyini təmin edər. Zamanı gəlincə türklər İrana meydan oxuyacaq, mərkəzi güc tarazlığı yenidən doğulacaq və bölgəni sabitliyə götürəcəkdir. Bu da yeni bir regional tarazlıq yaradacaq, amma bu proseslərin yaxın gələcəkdə reallaşmayacağını söyləyə bilərik.

Şərhlər