Sobçakın "A komandası"

03.06.2015 18:16     A-reaksiya     1899

Bu gün həmin şəxslər Rusiyanı idarə edirlər

Bundan tam 15 il əvvəl, 2000-ci ildə, 20 fevral gecəsi Kalininqraddaki "Rus" otelindəki otağında bir adam 62 yaşında ürək tutmasından dünyasını dəyişdi. Həmin şəxsin adı Anatoli Aleksandroviç Sobçak idi.

1991-1996 – cı illər ərzində Sankt Peterburqun seçkilərlə seçilən meri idi.

Liberal dəyişikliyin liderlərindən, Rusiyanın yeni konstitusiyasını yazanlardandır.

Merlik seçkilərində məğlub olduqdan sonra, iqtidarın yeni sahiblərinin əli ilə mülklərindən bir neçə dairənin özəlləşdirilməsi ilə bağlı "uydurma" olduğuna inanılan cəza iddiaları açılanda qaçıb iki il Parisdə yaşadı, Putin baş nazir olandan sonra Rusiyaya geri qayıtmağa razılaşmışdı.

Ancaq onu hələ tez-tez xatırladan səbəb, Putin və Medvedev də daxil olmaqla, bu gün Rusiyanın qədərinə damğasını vuran "Sankt Peterburq qrupu "nin (Piterski) demək olar ki, hamısının onun dərsi – tədrisatından keçməsi idi.

Sobçakın Leninqrad merliyini idarə etdiyi 90-cı illərin başlarından merliyinin sonuna kimi 1990-cı illərin ortasına kimi hər zaman qrupunda tutduğu, "mentor"ları olduğu adlar, bu gün Rusiyanın taleyinə damğasını vuran "A komandası" olmağa davam edir.

 

Onlardan bir neçəsini sizlərə təqdim edirik:

 

Vladimir Putin: Şərqi Almaniyadakı DTK tərəfindən göndərildiyi vəzifəsindən geri qayıtdıqdan sonra, 1990-cı ildə Leninqrad meri Sobçakın müavini kimi başladı, 1991-1996 – cı illər arasında xarici əlaqələrdən məsul merin köməkçisi və "sağ qolu" oldu. Sobçak seçkilərdə məğlub olandan Moskvaya gəlib Kremlin administrasiyasında işə başladı. Əvvəl FTB – nin sədri, sonra baş nazir kimi çalışdı. 1999-cu ilin son günündə isə Prezident seçildi.

Dmitri Medvedev: Sobçak ilə hüquqşünas kimi 1989-cu ildə tanış oldu. 90-cı illərdən etibarən bələdiyyədən Putinə ən yaxın adlardan biri kimi keçirdi. 2008-2012 – ci illərdə "əmanəti" Putinə təslim etdi və bu gün başnazir kimi fəaliyyət göstərir.

İqor Seçin: DTK mənşəli Seçin də, 1991-ci ildə Sankt Peterburq meri kimi Sobçak və Putin ilə işə başladı. Kremlin "boz kardinalı" kimi yadda qaldı. Baş nazirin müavini vəzifəsinə kimi yüksəldi. 2012 – ci ildən etibarən “Rosneft”in prezidentidir.

Dmitri Kozak: 1985-ci ildə Sobçak onun hüquq fakültəsində müəllimi idi. Sonra qrupdan heç qopmadı. Putin Moskvaya çağıranda gəldi. Hal-hazırda baş nazir müavinidir.

Anatoli Çubays: 1990-cı ildə Sobçakın iqtisadi məsələlər üzrə məsləhətçisi kimi qrupa daxil oldu, 1991-1994 – cü illərdə Moskvada mübahisəli özəlləşdirmə siyasətinin memarı oldu. Putinin Moskvaya gəlməsində böyük payı olduğu iddia olunur. Qrupun içində siyasi reaksiyalar verən, "liberal müxalif" duruşlu tək addır. 2008-ci ildən etibarən kənardadır; Rus dövlət nanotexnologiyalar şirkəti "Rosnano"nun prezidentidir.

Aleksey Miller: 1990-91 – ci illərdə Leninqrad Sovetinin iqtisadi islahat komitəsində çalışaraq Sobçakın qrupuna daxil oldu. 1991-1996 – cı illərdə bələdiyyədən Putinin qrupunda çalışdı. 2001-ci ildən bəri “Qazprom”un prezidentidir.

Aleksey Kudrin: O da 1990-cı ildə Leninqrad Sovetini Sobçakın reformist kimi aldığı gənc iqtisadçılarından idi. 1991-1996 – cı illərdə Putin ilə birlikdə merlikdə çalışdı, iqtisadi məsələlərdən məsul şəxs idi, merin müavini vəzifəsinə kimi yüksəldi. 2000-2011 – ci illərdə maliyyə naziri oldu. 2013 – cü ildə Medvedev ilə ixtilafa düşüb hökumətdən ayrıldı. Amma hələ Putinin ən yaxın "qeyri-rəsmi" məsləhətçisidir.

Sergey Narışkin: 1992-1995 – ci illərdə Sobçakın bələdiyyəsi iqtisadiyyat-maliyyə qrupunda çalışıb. 2004-cü ildə Kremlin qrupuna daxil oldu. Hal-hazırda Dumanın sədridir.

German Qref: Sobçak ilə 1990-1993 – cü illərdə hüquq fakültəsində dissertasiya yazdığı illərdəki "müəllimlik" əlaqəsinə söykənir. İrəliləyən illərdə o da bələdiyyədəki qrupa qatıldı. Putinə çox yaxın adlardandır. 2000-ci ildə Putin prezident seçiləndən sonra iqtisadiyyat nazirliyini ona verdi. Kudrin ilə birlikdə "liberal qanadın ağır topları"ndan idi. Yorulduğunu söyləyib vəzifədən istefa verdi. 2007-ci ildən etibarən “Sberbank”ın prezidentidir və Putinin məsləhətçisidir.

Vitali Mutko: 1992-1996 – cı illərdə Sobçakın ictimai məsələlər üzrə köməkçisi kimi çalışdı. Putin onu 2008-ci ildə idman naziri vəzifəsinə təyin etdi.

Vladimir Yakovlev: Bu siyahıya əslində "anti - qəhrəman" kimi daxil olması "çox fərqli" bir səbəbdəndir. 1993-1996 – cı illərdə Sobçak'ın müavinlərindən idi. Putin ilə çiyin-çiyinə çalışdı. 1996 – cı il seçkisində ona qarşı namizəd olub, 1,7 % fərqlə qələbə qazandı. Putin də daxil olmaqla Sobçakın bütün komandası istefa verdi. Sobçak əleyhinə olan qaralama kampaniyasında onu günahlandırdılar. Putin 2004-cü ildə Moskvaya regional inkişaf naziri kimi çağırdı. 2007-ci ildə təqaüdə çıxmaq məcburiyyətində qaldı.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar