Ağırlıq mərkəzi Bakıya keçir - Qarabağ üçün yeni fürsət

24.02.2017 12:48     A-reaksiya     1970

Azərbaycan yeni statusa doğru – maraqlı gəlişmə; Generalların Bakı görüşü regional və qlobal siyasətdə ölkəmizin güclənən rolunun təsdiqidir; Türkiyə-Rusiya böhranının aradan qalxmasında mühüm rol oynayan Bakı gərginləşən İran-Türkiyə, İran-ABŞ əlaqələrinə də sanballı töhfə verə bilər; “Nezavisimaya qazeta”: “İlham Əliyevin moderatorluğu görüşləri daha effektli edərdi...”

Son vaxtlar qardaş Türkiyənin İranla münasibətlərində böyük gərginlik müşahidə edilməkdədir. Buna iki ölkənin XİN rəsmlərinin, digər dövlət yetkilələrinin axır vaxtlar səsləndirdikləri qarşılıqlı sərt açıqlamalar və ittihamlar şübhə yeri saxlamır. Söhbət əsasən Suriya, Yaxın Şərq böhranından, o sırada Bəşər Əsəd rejiminə iki paytaxtın fərqli yanaşmasından getsə də, bir çox təhlilçilər hesab edirlər ki, gərginliyin kökündə daha ciddi mətləblər, o cümlədən maraqların ənənəvi toqquşması dayanır.

 Image result for Trump white house

Paralel surətdə İranla Tramp ABŞ-ı arasında gərginlik böyüməkdədir. İstər-Tehran-Ankara, istərsə də Tehran-Vaşinqton münasibətlərinin böhrana girməsi isə strateji maraqlar baxımından Azərbaycana sərf eləmir. Ən azı, ona görə ki, vəziyyətin bu cür - konfrontasiya üslubunda inkişafı Bakını lüzumsuz geosiyasi seçim qarşısında qoya bilər ki, bu da Azərbaycanın xarici siyasətdə üstünlük verdiyi balanslı və neytral kursla ziddiyyət təşkil edir.


Hərçənd çıxış yolu var: bu da tərəflərə münasibətdə Bakının neytrallığı və balansı saxlamaqla vasitəçi və barışdırıcı missiyaya prioritet verməsidir. Artıq yaxşı nümunə də mövcuddur: bəllidir ki, rəsmi Bakı, prezident İlham Əliyev məlum təyyarə insidenti ilə bağlı Rusiya ilə Türkiyə arasında yaşanan böhranın aradan qalxmasında mühüm rol oynayıb.

Image result for Putin Erdoğan Aliyev


Sözsüz ki, ötən həftə Bakıda ilk dəfə ABŞ və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəislərinin görüşünün keçirilməsi də məhz Azərbaycanın vasitəçilik və neytrallıq missiyası və potensialının layiqincə qiymətləndirilməsinin təzahürü idi. Prosesin dinamik olacağı, ölkəmizin qlobal və regional siyasətdə yerinin artacağı istisna edilmir.


***


“Nezavisimaya qazeta”nın analitiki Nikita İsayevin bu xüsusda şərhi diqqət çəkir. Musavat.com-un adıçəkilən nəşrə istinadən məlumatına görə, politoloq öncə Minskin həm Dağlıq Qarabağ (ATƏT-in Minsk Qrupu), həm də Ukrayna böhranı ilə bağlı (“Minsk dördlüyü”) görüş məkanı olmasına rəğmən, indiyədək hər iki problemin aradan qalxmasında indiyədək heç bir irəliləyiş baş vermədiyinə diqqət yönəldir.

Image result for Tagesspiegel


“Bu xüsusda alman nəşri ”Tagesspiegel" yazıb ki, Ukraynaya dair Minsk anlaşması əslində Avropa diplomatiyası üçün fiasko olub. Nədən ki, ötən iki ildə həmin anlaşmanın bir bəndi belə, yerinə yetirilməyib. Bu mənada prezident Aleksandr Lukaşenko öz mövqelərini artıq əldən verir. Beləcə, Minsk sülhməramlı ərazi ola bilmədi. Özünün əlverişli coğrafi mövqeyi ilə bu yeri indi Azərbaycan doldura bilər. Bu ölkə Rusiya, Hindistan, İran, Türkiyədən ibarət “sərt qoşma” üçün çox effektli və səmərəli uyğunluq təşkil edir", - deyə təhlilçi qeyd edib.


Ekspert fikrini belə izah edib: “Bunun üçün zəmin var. Azərbaycanın İranla ortaq dini (məzhəb ortaqlığı nəzərdə tutulur-red.) iki dövlətin yaxın əlaqələrindən xəbər verir. Həmçinin Azərbaycanın ABŞ-la iqtisadi sferada fəal əməkdaşlığı Vaşinqtonla Bakı arasında əlaqələri qaydada saxlamağa kömək edir. Buradan çıxan nəticə: Azərbaycan ABŞ-İran əlaqələrinin yaxşılaşması üçün heç də pis vasitəçi deyil - hansı əlaqələr ki, son vaxtlar yenidən ciddi şəkildə pisləşib”.

1467279264559.JPG (870 KB)


Politoloqa görə, Bakı müxtəlif formatlarda Rusiya-ABŞ görüşləri üçün də məqbul məkan ola bilər: “Və bu görüşlərdə təkcə Suriya məsələsi deyil, başqa mövzuların da müzakirəsi mümkündür. ABŞ və Rusiya hərbi rəhbərliklərinin bu yaxınlardakı Bakı görüşü beynəlxalq problemlərin nizamlanması üçün Azərbaycanın yeni meydança qismində cazibədarlığını sübut etdi. Ehtimal eləmək çətin deyil ki, həmin görüşdə İran mövzusundan da yan keçilməyib”.

1028505618.JPG (862 KB)


Analitik şərhini belə tamamlayıb: “Madam ki, Minsk anlaşmasına olan ümidlər günbəgün əriyir və Ukrayna problemi tezliklə yeni görüşlərin keçirilməsini və yeni formatlar diktə edəcək, Azərbaycan meydançası ”yeni Minsk" ola bilər. Yalnız bir fərq var: İlham Əlıyevin vasitəçi kimi rolu bu görüşləri daha sanballı və effektli etmək şansına malikdir. Hər necə olmasa, belə tədbirlər üçün güclü moderatorun olması vacibdir".

1037380564.JPG (830 KB)


***


Beləliklə, Azərbaycan regional və qlobal siyasətdə yeni və milli maraqlarımız baxımından daha əlverişli bir statusa doğru irəliləməkdədir. Bakının böyük siyasətdə ağırlıq mərkəzlərindən birinə - neytral ölkə kimi görüş yerinə çevrilməsi isə bir çox ekspertlərə görə, Azərbaycanın öz əsas problemini - Qarabağ məsələsini günün birində dünya gündəminə daha rahat gətirmək üçün unikal fürsət yarada bilər.

 

Reakiya.az

 

Şərhlər

Çox oxunanlar