Politoloq: “Yeganə həll yolu müharibədir”
10.03.2017 12:18 A-reaksiya 1543
Tofiq Abbasov: “Əgər Ermənistanda keçirilən seçkilərə qədər münaqişə bölgəsində heç nə olmazsa və seçkilərdən sonra indiki komanda hakimiyyətdə qalsa o zaman müharibə qaçılmazdır”
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məzmunlu sülh prosesinə başlamaq üçün ilk növbədə Azərbaycanla Ermənistan arasında inamsızlığın səviyyəsini azaltmaq lazımdır. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bir neçə gün əvvəl azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bir çox aspektlərdə ümumi anlaşma mövcuddur, lakin yekun paket üçün əsas olan 2-3 konkret mövzu hələ müzakirə olunur.
Politoloq Tofiq Abbasov deyir ki, bu, Azərbaycanın mövqeyinin bəlli olmasından xəbər verir: “Ermənistan danışıqlar prosesini iflic vəziyyətə salmaq istəyir. Bu da ondan irəli gəlir ki, Ermənistanın iqtidarda olan hakim komandası Dağlıq Qarabağın işğal olunması üzərində hakimiyyətə gəliblər”. “Azərbaycan bütün gücünü toplayıb, biz artıq müharibənin iyini duyuruq. Diplomatiya gücsüzdür ki, danışıqlar prosesini irəli aparsın. Yeganə həll yolu müharibədir. Əgər Ermənistanda keçirilən seçkilərə qədər münaqişə bölgəsində heç nə olmazsa və seçkilərdən sonra indiki komanda hakimiyyətdə qalsa o zaman müharibə qaçılmazdır. İşğal amilini Azərbaycan dövləti mütləq şəkildə ləğv etməlidir. Bunun ikinci variantı yoxdur” — deyə o bildirib.
Reaksiya.az
Şərhlər