İqor Popov: “Həmsədr ölkələr tezliklə əsaslı sülh danışıqlarının başlanmasını istəyirlər”

11.03.2017 12:22     A-reaksiya     1513

"Minsk qrupunun tərkibində ABŞ və Fransadan yeni həmsədrlərin olmasına baxmayaraq, təmsil etdikləri ölkələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeləri dəyişməz qalır və həmsədr ölkələr tezliklə əsaslı sülh danışıqlarının başlanmasını istəyirlər".

"Report"un məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də ATƏT-in Minsk qrupunun həmsədrləri Riçard Hoqlandı, İqor Popovu, Stefan Viskontini və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar