Gennadi Burbulis: "Dağlıq Qarabağ məsələsində ədalətin təntənəsi olmalıdır"

17.03.2017 13:34     A-reaksiya     1582

 "Dağlıq Qarabağ məsələsində ədalətin təntənəsi olmalıdır. Bizdən tərəflər arasında dialoqu davam etdirmək üçün yeni alətlər təqdim etmək tələb olunur".

Reaksiya.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın keçmiş baş nazir köməkçisi Gennadi Burbulis deyib.

Onun sözlərinə görə, daim ədalətli tələblər irəli sürmək mümkün deyil.

"Erməni tərəfini beynəlxalq hüququ pozan tərəf kimi yox, bu gün razılığa hazır olmayan fərdlərdən və müəyyən hakimiyyət subyektlərindən ibarət tərəf kimi qəbul etmək lazımdır", - o bildirib.

Rusiyanın keçmiş baş nazirinin köməkçisi ölkəsinin və özününü sülh və əmin amanlıq əldə olunması üçün müəyyən mövqe tapılmasına hər cür səy göstərəcəyini xüsusi qeyd edib

Reaksiya.az

Şərhlər

Çox oxunanlar