ATƏT-in fəaliyyətdə olan sədri aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanat yayıb

31.03.2017 13:03     A-reaksiya     1673

ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanat yayıb.

Reaksiya.az xəbər verir ki, bəyanatda son 20 ildə ən pis olan 2016-cı ilin aprel döyüşlərinin dağıntılara, əzaba və insan itkisinə gətirib çıxardığı vurğulanıb.

S.Kurts tərəfləri atəşkəs rejiminin pozulmasına səbəb olan istənilən addımdan çəkinməyə çağırıb və Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda yeni təkan olacağına ümid etdiyini bildirib. "Etimadın gücləndirilməsi və substantiv müzakirələrin bərpa edilməsi üzrə praqmatik və praktiki addımlara diqqət ayırmağın vaxtı çatıb", - bəyanatda deyilir.

ATƏT-in fəaliyyətdə olan sədri ötən ilin aprel ayında münaqişənin gərginləşməsinə görə təəssüfləndiyini bildirib, həlak olanların ailələrinə başsağlığı verib.

"ATƏT sədrliyi 2016-ci ildə Vyana və Sankt-Peterburqdə yüksək səviyyəli görüşlərdə əldə olunmuş razılaşmların təşviqi və həyata keçirilməsi üçün tərəflərin səylərinə töhfə verməyə hazırdır", - deyə o bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar