Türkiyə yenidən Qərb mətbuatının hədəfində

27.07.2015 17:33     A-reaksiya     3200

“The Observer”: “ABŞ, Türkiyə-İŞİD əlaqəsini ortaya qoyan sənədlər əldə edib”

İngiltərənin əhəmiyyətli mətbu orqanlarından olan “The Observer” qəzeti Türkiyənin İŞİD-in neft ticarətində mühüm rol oynadığını yazıb. Qəzetdə yer alan xəbərdə Türkiyənin İraq Şam İslam Dövlətinin (İŞİD) neft ticarətinə asanlıq təmin etdiyinə dair yeni detalların gün üzünə çıxdığı iddia edilir.

 DHA-nın bildirdiyinə görə  “Observer” müxbiri Martin Çulov imzası ilə dərc olunan xəbərdə deyilir:

 "ABŞ xüsusi qüvvələri may ayında Suriyada İŞİD-in yüksək səviyyəli bir liderinə qarşı əməliyyat keçirmiş və qonşu ölkələrə əməliyyatla bağlı məlumat verməməyə diqqət göstərmişdi. Əməliyyatın hədəfi İŞİD-in neft qaçaqmalçılığı üzrə rəhbəri Əbu Sayyaf idi.

Əbu Sayyaf  adı Türkiyəyə yad deyil

 İŞİD-in yüksək səviyyəli adlarından başqa kimsə Əbu Sayyafın adını bilməsə də, bu ad Türkiyəyə heç də yad deyildi. 2013-cü ilin ortalarından etibarən tunisli Əbu Sayyaf Suriyanın şərqindəki neft yataqlarından çıxarılan neftin ölkə xaricinə qaçırılmasında günahkar ad  kimi hallanmışdı.  6 ay boyunca qara bazarda gündə 1 ilə 4 milyon dollarlıq neft qısa müddətdə İŞİD-in ən mühüm gəlir qapılarından birinə çevrildi. Ən mühüm alıcı mövqeyində isə türklər idi.

Neft gəliri İŞİD-i öəlkələrin sərhədlərini təhdid edən bir struktura çevirdi

Cihatçı qruplar və türklər arasında neft ticarəti iki tərəf  arasında əməkdaşlığın bir sübutu kimi qəbul edilir hala gəlmiş vəziyyətdədir. Aparılan proqnozlar 2013-cü ilin  əvvəlindən etibarən 6 ay ərzində İŞİD-in neft ticarətindən gündə 1 ilə 4 milyon dollar gəlir götürdüyünə işarə edir. Bu maliyyə resursu  təşkilatı məhdud imkanlara malik ehtiraslı bir quruluşdan  xarici döyüşçüləri belə cəlb edə bilən və ölkələrin sərhədlərini təhdid edən bir struktura çevirdi.

Bütün bölgədə şiddət sərhədlərdən kənar hala gəlmiş vəziyyətdəydi. Çox sayda qaçqın müxtəlif ölkələrə qaçmaq məcburiyyətində qaldı və ətraf ölkələrdə rejimlər fərqli ölçülərə çatan böhranlarla üz-üzə gəldi. Suriyadan yüksələn qeyri-sabitlik dalğaları Türkiyədən İordaniyaya,  İraqa və İsrailə bir şəkildə təsir edər hala gəldi. Koalisiya güclərinin təxminən bir ildir davam edən hava hücumlarına qarşı İŞİD Suriyanın şimalında və şərqində gücünü qoruyur və İraqın qərbinə da böyük ölçüdə hakim vəziyyətdədir. Təşkilat Livanın şərq sərhədində də varlığını hiss etdirir.

Türkiyə ilə İŞİD arasında birbaşa təmasın inkar etməyin mümkünsüzlüyü

Əbu Sayyafın öldürülməsindən əvvəl adı qoyulmamış bir ittifaqa yönəlik şübhələr dilə gətirilirdi. Əbu Sayyafın qərargahında ələ keçirilən, kəşfiyyatın mahiyyətini bilən qərbli bir səlahiyyətli türk rəsmiləri ilə İŞİD arasında birbaşa təmasların artıq inkar edilə bilməyəcəyini ifadə edirdi. Yüzlərlə digital və yazılı sənədin ələ keçirildiyini söyləyən səlahiyyətli "Bütün sənədlər təhlil edilir. Ancaq aradakı əlaqələr indi o qədər açıq və dəqiqdir ki, Ankara ilə aramızdakı siyasətlərə ciddi təsiri ola bilər" deyirdi.

Türkiyə bir ilin sonunda İŞİD-i vurdu

İŞİD-ə qarşı hava hücumları demək olar ki, birinci ilini tamamlayarkən cümə günü Türkiyə əleyhinə münasibətlərini bir kənara qoydu və Suriya sərhədinə göndərdiyi döyüş təyyarələri ilə İŞİD hədəflərini vurdu. Hər nə qədər o hücumlardan öncə İŞİD məsuliyyət daşısa da ölkə daxilində hökumətin siyasətinə qarşı reaksiya də böyük oldu. Daha sonra Türkiyədən gələn digər bir açıqlamada İncirlik bazasının da İŞİD-ə qarşı hərəkatda istifadəyə veriləcəyi bildirildi. Türkiyə bu açıqlaması ilə İncirliyin açılması üçün öncə Suriyada təhlükəsiz zonanın yaradılması lazım olduğu fikrindən geri addım atırdı.

Türk ordusu həm mülayim müxaliflər, həm də cihada qalxmış təşkilatlarla əməkdaşlıq edir

Suriyadakı daxili iğtişaşların başlamasından bu yana prezidenti Rəcəb Tayyip Ərdoğan  İŞİD-i məğlubiyyətə uğratmaq üçün əvvəlcə Bəşər Əsəd rejiminə son qoyulması lazım olduğunu müdafiə edirdi. Ancaq Türkiyə Ahraruş Şam və ya Əl Nusra Cepheci kimi cihatçı təşkilatlar-ı da açıqca dəstəkləməyə davam edirdi. Qərbli səlahiyyətli bu vəziyyəti "Türkiyənin mötədil müxalif qruplar ilə cihatçı təşkilatlar arasında çox incə bir məsafə qoyub. Türk ordusunun hər iki tərəflə də əməkdaşlıq etdiyi bəllidir" kimi qiymətləndirib.

İŞİD Ankaranın nəzərində idarə edilməyən bir mövqedədir

Ankaranın gözündə İŞİD müəyyən bir nöqtədən sonra idarə edilməyən bir təşkilat mövqeyinə gəldi. Qərbli səlahiyyətli bu vəziyyəti “İŞİD-i dini istismar edən qrup olaraq adlandırdığımız prosesə əməkdaşlığa açıq olduqları mesajını verdilər” deyərək şərh edir. Ancaq Türkiyənin düşüncə quruluşunda köklü bir dəyişiklik olmadı. Baş verənlər daha çox üz-üzə gəldikləri tabloya qarşı verilən reaksiya xarakterindədir. Ancaq yenə də İŞİD-in Əsədə qarşı bir fakt olduğu fikrindən daşınmış kimi görünürlər.

 Prezident Ərdoğan İŞİD hədəflərinin vurulmasından sonra verdiyi ilk açıqlamada "Son mərhələdə artıq bu iş çığırından çıxmış vəziyyətdədir" demişdi. Türkiyə yeni Suriya mövqeyini aydınlaşdırmağa çalışarkən İŞİD Kilis Hasekeyə qədər sərhəd boyu fəaliyyətini davam etdirir. İŞİD sərhəddəki varlığını güclü tutaraq xilafətin çölə açılan qapılarını təminat altında saxlamaq niyyətindədir.

İŞİD və Türkiyə arasında sıx əməkdaşlıq var

Hər nə qədər Əbu Sayyafın apardığı neft alveri artıq işləməsə də  hələ də tankerlər pərakəndə quyulardan çəkilən nefti sərhədə aparır. Bir İŞİD üzvü təşkilatın Suriya və  İraqda nəzarət etdiyi bölgələri iqtisadi baxımdan öz özünə yetəcək hala gətirməsinin uzun zaman alacağını vurğulayır və "Türklərə ehtiyacları var. İki tərəf arasında sıx bir əməkdaşlıq da söz mövzusudur. Türkiyənin İŞİD-ə çox sərt bir zərbə vurması da çətindir" şərhini verib.

 Əsəd İŞİD-lə oynayıb itirdi, türklər də eyni nəticəni yaşaya bilər

Ancaq Əbu Sayyafın qərargahından əldə edilən kəşfiyyatı görən Qərbli rəsmilərdən birisi “Hər şeyin kölgələrdə gizləndiyi bir dövr qapanır. Artıq hər şey gün üzünə çıxdığı bir dövrə giririk. Livan sərhədində Hizbullahın fəallığı artır. Türkiyəyə gəlincə, necə etmək istəsəniz istəyin, Ankaranın rolu da aydınlaşır. Türkiyə üçün kritik bir dövrdəyik. İŞİD-i öz ölkələri üçün bir təhdid olaraq görə biləcəklərmi? Əsəd İŞİD ilə oynayıb itirdi. Türklər də eyni nəticəni yaşaya bilər” şərhini verib.

Şərhlər

Çox oxunanlar