İŞİD-ə qarşı əməliyyat niyə indi başlayıb? - YANAŞMA

27.07.2015 18:03     A-reaksiya     2254

Mətbuata açıqlama verən Türkiyəli jurnalist Duygu Güvenç bildirib ki, İncirlik hərbi bazasının istifadəsi üçün, ABŞ ilə əvvəldən hazırlanan bir razılaşma mətni mövcud olub: "Türkiyənin rəftarı və mövqeyi, bu razılaşmanın həyata keçib keçməyəcəyini təyin edir" - deyə vurğulayıb.
Türk Silahlı Qüvvələri İŞİD mövqelərinə qarşı hava hərəkatından sonra Şimali İraqda PKK düşərgələrinə da əməliyyat təşkil edbi. Ayrıca ABŞ döyüş təyyarələrinə İŞİD - ə qarşı hava əməliyyatlarında İncirlik hərbi bazasını istifadəsinə icazə verilib.
 
Üç kantonu birləşdirmək istəyirlər
 
İŞİD daha  çox yaxın təmas halında ikən belə müdaxilə edilməmişdi. İndi nə oldu ki, Elbəyli civarında birdən birə atəş açıldı" - deyən Güvenç maraqlı açıqlamalar da verib:
"Bunun qəfil baş verməsi mümkün deyil. Aydındır ki, orada var olan sistem, anlayış dəyişdi. PYD 400 kilometrə yaxın bir sahəyə hakimdir və üç kantonu birləşdirmək istəyir. Bunun qarşısını almağın yeganə yolu isə müttəfiqlərlə birləşməkdir".
 
İncirlikdən təkcə Suriya ilə bağlı əməliyyatlarda istifadə olunacaq?
 
İncirlik hərbi hava bazasının istifadəsi üçün ABŞ ilə daha əvvəldən hazırlanan bir razılaşma mətni olduğuna diqqət çəkən Güvenç bildirib ki, İncirlik hələ döyüş təyyarələrinin istifadəsi üçün açılmayıb: "Önümüzdəki günlərdə Türkiyənin rəftarı və mövqeyi, bu razılaşmanın həyata keçib keçməyəcəyini təyin edəcək. Ayrıca İncirlikdən təkcə Suriya ilə bağlı əməliyyatlarda istifadə olunacaq, yoxsa başqa məqsədlər var, onu belə bilmirik".

Şərhlər

Çox oxunanlar