Ərdoğanın kritik Çin ziyarətinə Moskvadan və Pekindən baxış
27.07.2015 19:39 A-reaksiya 2687

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın İŞİD və PKK – ya qarşı keçirilən əməliyyatların kölgəsində reallaşacaq olan Çin səfəri Ankara ilə Pekin arasında uyğur türkləri böhranından sonra baş tutması baxımından da böyük əhəmiyyət daşıyır. Ərdoğanın bu kritik səfəri haqqında görəsən Rusiyalı və Çinli mütəxəssislər nə düşünür?
Rusiyalı politoloq Stanislav Tarasov hesab edir ki, Ərdoğan İŞİD – ə qarşı keçiriləcək əməliyyatlara görə Çindən dəstək istəyəcək. Pekindən gələcək dəstəyin Türkiyədəki sabitlik üçün də əhəmiyyətli olduğunu ifadə edən Tarasov bildirib ki, Çin də, Rusiya kimi İŞİD ilə mübarizənin necə aparıldığını diqqətlə izləyir: “Çünki iki ölkə üçün də radikal terror təhdidi mövcuddur. Xüsusilə, Çində yaşayan müsəlmanlar elə Pekin rəhbərliyi üçün gələcəkdə yaşanması mümkün olan İŞİD təhdidinin əsasını təşkil. Bu baxımdan həmin təhdid aradan qaldırmaq vacibdir".
Uyğur türkləri böhranı ikitərəfli əlaqələrə təsir etməməlidir
Çin Beynəlxalq Əlaqələr Universitetinin professoru Su Hao isə Ankara ilə Pekin arasında yaşanan uyğur türkləri məsələsinin ziyarətə təsirini dəyərləndirib.
Türkiyədəki Çin əleyhdarı hərəkətlərin müəyyən qrupların fəaliyyətləri çərçivəsində baş verdiyini ifadə edən Su iki ölkə arasında tarixi, mədəni və dini faktorların meydana gətirdiyi etnik problemlərin olduğunu ifadə edib.
Bu problemlərə baxmayaraq, Türkiyə və Çinin dövlətlərarası münasibətlərdə köklü əlaqələrə sahib olduğunu söyləyən Su bildirib ki, bir çox məsələdə iki ölkə bənzər yanaşmalara sahibdir: “İki ölkənin iqtisadi maraqları bir çox sahədə bir-biriylə üst-üstə düşür. Buna görə də Çin əleyhdarı nümayişlərin ikitərəfli münasibətlər baxımından ciddi bir problem yaradacağını düşünmürəm. Ziyarətlə birlikdə etnik səviyyədəki əlaqələrin də müsbət istiqamətdə inkişafını ümid edirəm".
Şərhlər