Türkiyə NATO-da beynəlxalq anlayışı dəyişəcək

28.07.2015 12:24     A-reaksiya     2681

İŞİD və PKK-ya qarşı hava əməliyyatlarına başlayan Türkiyənin çağırışı ilə NATO üzvü olan ölkələrin daimi nümayəndələri bu gün toplanacaq. AK Partiya hökumətlərinin ilk Xarici İşlər Naziri Yaşar Yakışa görə Türkiyənin bu təşəbbüsü beynəlxalq aləmdəki İŞİD ilə mübarizədə yetərsiz qaldığı qavrayışı düzəltməyə yönəlmişdir.

Keçmiş xarici işlər Naziri Yaşar Yakış Sputnikə verdiyi açıqlamada Türkiyənin NATO-ya son günlərdəki əməliyyatlar barədə məlumat verəcəyini düşündüyünü söylədi. Yakış sözlərini belə davam etdirib:

Suriya və İraqa müdaxilədən daha çox orada İŞİD ilə mübarizə üçün NATO-dan müstəqil olaraq Amerikanın liderliyində qurulmuş bir koalisiya var. Bu koalisiyaya NATO üzvlərinin mühüm bir qismi onsuz da daxildir. Bir o qədər də Yaxın Şərq ölkəsi var. Bu səbəbdən İŞİD ilə mübarizəni və ya Suriyadakı rejimlə  İraqdakı müxtəlif faktorlarla mübarizəni NATO-nun deyil, o koalisiyanın aparacağı qənaətindəyəm. Türkiyə  NATO-ya İŞİD-ə qarşı başladığı qətiyyətli mübarizə barədə məlumat verəcəkdir deyə düşünürəm. Çünki indiyə qədər beynəlxalq aləmdə Türkiyənin İŞİD ilə doğru və ya yalnış mübarizədə əlindən gələnin ən yaxşısını etmədi iqstiqamətində istiqamətində bir hiss vardı. Türkiyə bu fikrin doğru olmadığını izah etməyə çalışacaq".

 Gecikilsə də, amma heç olmamasından daha yaxşıdır

Türkiyəni İŞİD-ə  qarşı başladığı mübarizəyə görə təbrik etmək lazım olduğunu ifadə edən Yakış, "Gecikilmişdir.  Buna illər əvvəl başlasaydıq  İŞİD bu günkü nöqtəyə gəlməzdi yəqin ki. Amma heç olmamasındansa  gec olması da yaxşıdır" deyib.

 Nato şifahi dəstək verir

Yakış bu günkü görüşdə  NATO-nun Türkiyənin İŞİD-ə qarşı apardığı mübarizəyə qarşı şifahi dəstək olduğunu bildirərək "Bir də NATO üzvü olub da İŞİD-ə qarşı koalisiyada yer alan ölkələrin də konkret xidmətlərini tələb edə bilər. Amma bu, NATO-nun qərarı olmaqdan çox  NATO-ya üzv olan bəzi ölkələrin qərarı olacaq" şərhini edib.

 Əməliyyətlar beynəlxalq qanunlara uyğundur

Keçmiş xarici işlər Naziri Yaşar Yakış  Türkiyənin həyata keçirdiyi son əməliyyatların beynəlxalq hüquqa zidd olduğu iddialarına isə qatılmır. Türkiyənin həyata keçirdiyi əməliyyatların BMT konstitusiyasının 51-ci maddəsi daxilindəki tərifə uyğun gəldiyini vurğulayan Yakış Türkiyəyə açıq şəkildə həm Suriya ərazilərindən, həm də Türkiyə torpaqlarında təcavüz edildiyini və bu səbəbdən Türkiyənin özünümüdafiə hüququndan istifadə etdiyini söyləyib.

Qaziantepin Oğuzeli rayonundakı 5-ci Zirehli Tuqay Komandanlığına bağlı Dağ Sərhəd Polis Bölməsinə Suriyadakı İŞİD qrupları tərəfindən atəş edildiyini, bir zabitin öldürüldüyünü, Suruç və Diyarbəkirdəki qətliamlara da səbəbiyyət verən şəxslərin İŞİD-lə  əlaqəli olduğunun aşkar edildiyini xatırladan Yakış, "Türkiyə buna qarşı özünümüdafiə hüququnu istifadə edir. Türk əsgərləri Suriya torpaqlarına girməyib, türk təyyarələri Suriya hava sərhədlərini pozmayıb. Beləliklə, mən beynəlxalq hüququn pozulmuş olduğu qənaətində deyiləm" deyə danışıb.

 Putunun Ərdoğanla görüşməsi

Türkiyənin apardığı əməliyyatlar barəsində həm prezident Rəcəb Tayyip Ərdoğan, həm də baş nazir Əhməd Davudoğlu bir tərəfdən də diplomatik fəaliyyət də yürüdür. Bu çərçivədə prezident Ərdoğan, Rusiya prezidenti Vladimir Putin ilə də telefon danışığı aparıb. Yaşar Yakışa görə Ərdoğanla Putinlə istər İŞİD-ə qarşı mübarizə, istərsə də Yaxın Şərqdəki proseslərlə bağlı görüşü çox əhəmiyyətli. Beynəlxalq mətbuatda çox az halda Rusiyanın Suriya ilə bağlı başladığı bir təşəbbüsdən bəhs edildiyini vurğulayan Yakış, sözlərini belə davam etdirib:

 "Bu təşəbbüsdə Suriyadakı terrorizmə son vermək üçün Türkiyə, Səudiyyə Ərəbistanı və İordaniya daxil olmaqla Suriya ilə əməkdaşlıq edəcək. Bu beynəlxalq mətbuatda, daha doğrusu  Livan mətbuatında yer aldı. Putinə bu sürpriz təklifi Velid Muallimin Moskvada ikən etdiyi deyilir. Velid Muallimin bu təklifinin gerçekləşməsi möcüzə kimi görünür. Putinin də “möcüzədir, amma sən bunu öz qənaətin olaraq deyil də, Bəşər Əsəd nə deyir, bunu öyrən gəl” deyə söylədiyi bildirildi. Bəşər Əsəd də belə bir təşəbbüsün mümkün ola biləcəyini ifadə edib. Yəni Türkiyə, İordaniya, Səudiyyə Ərəbistan  Rusiyanın başladığı bu təşəbbüs Suriyadakı terrorun qarşısını almaq üçün bir cəhd olacaq. Türkiyənin mövqeyi ilə Bəşər Əsədin mövqeyi arasında böyük fərq səbəbindən bu iki ölkənin eyni nöqtəyə gəlməsi çətindir, amma Livan mətbuatının iddiasına görə Səudiyyə Ərəbistan bu təklifi səmimi qəbul etmiş və bəzi  alt səviyyədə təmaslara başlamışdır. Hətta Türkiyədən belə bir generalın təklifinin tam nə mənaya gəldiyini öyrənmək üçün Moskvaya göndərildiyi belə deyilir. Bunun Livan mətbuatında yer aldığı üçün hələ təsdiq edilmədən həqiqətmiş kimi etibar edilməsi məncə doğru olmaz. Amma belə iddialar da var. Yəni Türkiyə indi İŞİD-ə qarşı başladığı bu əməliyyatlarla keçmiş mövqeyindən fərqli bir nöqtəyə gəlmiş olduğunu göstərir".

Səudiyyə Ərəbistan üçün imkansızdır deyə bilmərəm, amma Türkiyə üçün çətindir

Yakış  belə bir təşəbbüsün mümkün olub olmayacağına dair sualı belə cavablandırıb: "Rusiyanın təklif etdiyi şəkildə qeyri-mümkün olar. Səudiyyə Ərəbistan üçün mümkün ola bilərmi desəniz, mümkün olar. Çünki Səudiyyə Ərəbistanı öz maraqları baxımından bir ərəb ölkəsində müsəlmanların bu qədər böyük sayda ölməsinə və ya iztirab çəkməsinə səbəb olan bir şeyə son vermək üçün nəsə etməyə razı olar. Bir də Səudiyyə Ərəbistanı İŞİD-in güclənməsini arzu etmədiyi üçün edər" .

 Səudiyyə Ərəbistanı diplomatiyasının son dərəcə mütəhərrik, incə, həssas, tarazlıqları güdən bir diplomatiya olduğunu vurğulayan Yaşar Yakış, "Bir tərəfdən müəyyən bir siyasət apararkən, böyük dövlətlərin apardığı kimi arxadan da başqa faktorlar vasitəsilə qarşısındakına məxsus əlaqə  kanallarını açıq tutmaqla siyasi gedişi var Səudiyyə  Ərəbistanının. Bunu çox uğurla aparır. Onun üçün Səudiyyə Ərəbistanı baxımından bu heç mümkünsüzdür demərəm, amma hesab edirəm ki, Türkiyə ilə Bəşər Əsəd rejiminin əməkdaşlıq etməsi o birilərə nisbətən daha çətindir" deyə danışıb.

 Türkiyənin parametrləri məhdud olsa da dəyişir

İŞİD-i terror siyahısına alan,  hətta terror təşkilatı olaraq tanıyan ilk ölkələrdən biri olmasına baxmayaraq beynəlxalq aləmdə Türkiyənin İŞİD-lə mübarizədə qeyri-kafi qaldığını söylədiyini xatırladan Yakış, deyib:

 "Görək bu təşəbbüslərimiz o çatışmamazlığı və Türkiyə haqqındakı mənfi qavrayışı dəyişdirməyə yetəcəkmi? Bunun çatması üçün Türkiyənin PKK-ya və ya DHKPC-yə qarşı apardığı əməliyyatları torba əməliyyat kimi aparacaq, yoxsa İŞİD-ə qarşı mübarizədə beynəlxalq birliyin səylərinə daha konkret şəkildə töhfə necə olacaq, onu görəcəyik. Nə olursa olsun Türkiyənin təkcə cənubdakı bir və ya bir neçə hava limanını koalisiya ölkələrinə açması belə İŞİD-ə qarşı mübarizədə çox mühüm bir addımdır. Türkiyə İŞİD-ə qarşı mübarizdə çox əhəmiyyətli bir ölkədir. Edəcəyi töhfə  məhdud da olsa İŞİD ilə mübarizədə bir çox parametrləri dəyişəcək qədər əhəmiyyətlidir".

Həll prosesi bitməməlidir

Türkiyədə 7 İyun seçkilərindən sonra, xüsusilə də son əməliyyatlarla birlikdə həll prosesinin bitib bitmədiyi də müzakirə edilir. Yakışa görə həll prosesində gəlinmiş olan nöqtədən geriyə dönmək Türkiyədə bütün təbəqələrə zərər verəcək bir inkişafdadır. Yakış, "Mən həll prosesinin AK Partiya iqtidarının, xüsusilə də hörmətli  prezidentimiz tərəfindən indiyə qədər qəbul olunmuş ən qərarlı, ən cəsarətli addım hesab edirəm. Müəyyən bir yerə qədər da gətirilmişdi. Bunun orada buraxılması çox təəssüf doğurar. Bu 1830-cu illərdən  bəri davam edən kürd probleminin adını qoyaraq həllini axtaran  bir yanaşmadı. Belə bir təşəbbüsün yerdə qalmasını heç arzu etməyim" deyə danışıb.

Şərhlər

Çox oxunanlar