Tunisli gənclər cihadçıların pəncəsində

28.07.2015 12:38     A-reaksiya     2946

Əl-Qaidə və İŞİD - in cərgələrində döyüşən tunisli gənclərin sayı 5 mini keçir. "Deutsche Welle"nin müxbiri Sarah Mersch gənc tunislilərin niyə radikal cərəyanlara qoşulduqlarını araşdırıb.

"Bir şahidin avtomobilinin qəza törətdiyini və gecə onun evində yatıb ertəsi gün qayıdacağını söylədi. Bir gün sonra isə bizə qısa mesaj göndərərək Suriyada olduğunu bildirdi".
İkbal Bin Rəcəb qardaşı Həmzənin itkin düşdüyü 2013 - cü ilin mayında yaşadıqlarını izah edərkən səsi titrəyir. Kompüter mühəndisi olan Həmzə Əl Nüsra Cəbhəsi tərəfindən razı salınıb, Liviya üzərindən Suriyaya keçib. Həmzəyə təşkilatın internet saytındakı təbliğat fəaliyyətləri ilə məşğul olacağı deyilib.
Böyük qardaşı İqbal Həmzənin şikəst olduğunu və əlil arabasında oturduğunu söyləyir: "Onunla maraqlanacaq vaxtları olmaz ki. Mənə qalsa, əlil arabasına bomba yerləşdirib onu havaya uçuracaqlar".
Ailəsi sonunda Həmzəni Tunisə gətirməyi bacarıb. İqbal bu hadisədən sonra ölkəsinə qayıda bilməyənlərin xilas etmək məqsədi ilə bir qeyri - hökümət təşkilatı qurulub. QHT - nin məqsədi xaricdəki gəncləri İŞİD - ə qoşulmaqdan vaz keçirmək və tunisli gənclərin terror təşkilatlarına qoşulmağına mane olmaqdır.
Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, xaricdəki radikal İslamçı terror təşkilatlarına qoşulan tunislilərin sayı 5 mini keçir. 1990-cı illərdə də bir çox tunisli, Əfqanıstan və Çeçenistan kimi ölkələrdəki silahlı qruplaşmalarla birlikdə döyüşüblər. 2011-ci ildəki köklü siyasi dəyişiklikdən sonra terror təşkilatlarındaki sayısı birdən birə artdı.
İki səbəbi var
Tunisli tarixçi və təhlükəsizlik mütəxəssisi Faysal Şərif bildirir ki, Tunisin həddindən artıq sayıda cihadçı ixrac etməsinin iki əsas səbəbə bağlayır. Şərif hər iki səbəbin də "Ərəb baharı" ilə əlaqəli olduğunu söyləyir. Tunisli gənclərin inqilab həyəcanını hələ dəyişikliyin olmadığı ərəb ölkələrinə daşımağa həevəsli olduğunu ifadə edən Şərif bu gənclərin çoxunun dini faktor ilə davranmadığını və getdiyi ölkədə radikallaşdırıldığını sözlərinə əlavə edir.
Bin Əli rejimi zamanı uzun illər həbs yatandan sonra inqilab qarşılığında fərarilik edən ya da inqilabın ardından əfvdən yararlandırılan radikal ruhanilər Tunisli gəncləri cihadçıya çevirməyə çalışırlar.
Faysal Şərif hökumətin və Tunis vətəndaş cəmiyyətinin radikalların təbliğatına etiraz etmədiyini və əvvəlcə daxili seqmentlərdə gənclik mərkəzləri, mədəni fəaliyyətlər və boş zamanları qiymətləndirmə imkanlarının məhdud olduğunu söyləyir.
Birləşmiş Millətlər Təşkilatının cihadçı təşkilatlar adına simsarlık edənlərin yığdıqları cihadçı sayına görə üç ilə on min dollar arasında komissiya aldıqlarını və terror təşkilatlarının da həmin komissiyaçıların ailələrinə ictimai və maliyyə dəstəyi olduğunu da təyin edir.
Tunis hökuməti hücumlara təzyiq üsullarıyla cavab verməyə çalışır. Yeni ildən etibarən 15 min adam həbs olunub, son bir ay içində 700 şübhəli həbs olunub. Digər tərəfdən 35 yaşın altındakı Tunis vətəndaşlarının İraq və Suriyaya keçid qapısı sayılan Liviya, Serbiya və Türkiyəyə getmələri qadağan edilib.
Ağıllı addımlar atmalıyıq
Tunisin baş naziri Həbib Əssid də gənc nəslin terroristlərin tələsindən xilas etmək üçün ağıllı addımlar atmaq məcburiyyətində olduqlarını ifadə edib:
"Tunis gəncliyinin uzun illər yaşadığı boşluq radikal axınların cəmiyyətimizə sızıb gəncləri radikallaşdırması baxımından işinə yaradı. Hədəfimiz gəncləri radikal axınlardan qorumaq üçün bütün ölkə səthində məşğulluq sahələri yaradıb onları iqtisadi müstəqilliyə qovuşdurmalıyıq. Bu yolda irəliləyirik, lakin istədiyimiz sürətlə deyil".

Şərhlər

Çox oxunanlar