Deputat: İstərdik ki, İtaliya Xocalı soyqırımı məsələsində mövqeyini bildirsin

27.04.2017 14:57     A-reaksiya     1197

İtaliya Azərbaycanın ərazi bütövlüyünə daima dəstək göstərdiyinə görə, biz bu ölkəyə hər zaman minnətdarıq, ancaq istərdik ki, İtaliya Xocalı soyqırımı məsələsində öz mövqeyini bildirsin.

Trend-in məlumatına görə, bu barədə İtaliya-Azərbaycan dostluq qrupunun sədri, Milli Məclisin deputatı Azər Kərimli İtaliya-Azərbaycan arasında münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş tədbirdə deyib.

O həmçinin qeyd edib ki, Azərbaycan-İtaliya münasibətləri bir çox sahədə davam edir:

"İtaliya Cənub Qaz Dəhlizi layihəsinin üç əsas investorlarından biridir və bunu münasibətlərimizin əsas göstəricisi adlandıra bilərik".

Deputat əlavə edib ki, İtaliya Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkələrindən biri olub.

"Bu 25 il ərzində Azərbaycan bölgənin çox qabaqcıl ölkələrindən birinə çevrilib. Bu gün bölgədə heç bir böyük infrastruktur layihəsi Azərbaycanın iştirakı olmadan həyata keçirilmir. Azərbaycan həmçinin, qeyri-neft sektoru da inkişaf edir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar