Bakı erməniləri buna vadar edəcək

28.04.2017 13:04     A-reaksiya     1599

Danışıqlar prosesində durğunluq birbaşa İrəvana sərf edir. Rusiya, ABŞ və Fransanın susqunluğu nəticəsində Ermənistan mövcud status-kvonu saxlamaq imkanı əldə edir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, Qarabağla bağlı indiki vəziyyət çox risklidir və lokal hərbi əməliyyatlarla nəticələnə bilər:

“Danışıqlar prosesində durğunluq birbaşa İrəvana sərf edir. Rusiya, ABŞ və Fransanın susqunluğu nəticəsində Ermənistan mövcud status-kvonu saxlamaq imkanı əldə edir. Əgər Moskva görüşündən də bir nəticə çıxmazsa, o zaman təzyiq vasitələri işə düşə bilər. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün istənilən addımı atmağa hazırdır. Ermənistan müharibədən çəkindiyini hər addımda göstərir”.

Politoloq Moskva görüşünün də nəticəsiz bitəcəyini düşünür:

“Düzdür, belə görüşlərin olmaması ermənilərin xeyrinədir. Aydın məsələdir ki, Lavrovun məqsədi də bir görüntü yaratmaqdır. Ancaq erməniləri masa arxasında əyləşdirmək üçün bütün imkanlarımız var”.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü aprelin 28-də Moskvada baş tutacaq.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar