NATO Türkiyə münasibətləri böhrandadır?

28.07.2015 14:39     A-reaksiya     3386

Şimali Atlantika Müqaviləsi təşkilatı (NATO) 1952-ci ildən etibarən Türkiyə təhlükəsizlk siyasətinin mərkəzində yerləşən beynəlxalq təşkilatdır. Soyuq Müharibə müddətində və daha sonra qlobal və regional balansda çoxlu dəyişikliklər olmasına baxmayaraq NATO-nun Türkiyə üçün önəmi azalmadan davam etdi. Ərəb Baharı və Ukrayna Böhranı ilə başlayan yeni erada Türkiyənin NATO-dakı mövqeyi daha əhəmiyyətli olmağa başladı. Bu yeni period NATO-nun genişləndirmə missiyası ilə yanaşı Türkiyənin bu təşkilatdakı mümkün rolları ilə əlaqəli mübahisələri özü ilə birlikdə gətirir.

Bu vaxta qədər Türkiyə NATO-nun yalnız Şərqi Avropada genişləndirmə prosesini deyil, eyni zamanda ittifaqın digər ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlığını fəal şəkildə dəstəkləmişdir. Belə vəziyyətdə Ankara Avropa Birliyi və NATO arasında 1999-cu ildə işə salınmış strateji yoldaşlığının lehinə görünür. Türkiyə 2002-ci ildə NATO və Avropa Birliyi  arasında Avropa Birliyinə inteqrasiyanı sürətləndirmək məqsədi ilə imzalanmış Berlin Plus sazişini dəstəkləmişdir.

Bu məqamda, bütün hallarda Ankara üçün ən böyük problem Cənubi Kiprin Avropa Birliyinə üzv olmasıdır. Ankara qəti olaraq adanın cənub hissəsinin təmsil edildiyi  Cənubi Kiprin NATO-ya üzv olmasına qarşıdır. Cənubi Kipr də öz növbəsində Türkiyənin AB-ə daxil olma prosesi haqqında cari danışıq mövzularını donduraraq Türkiyəyə qarşı qisasını aldı. Bu vəziyyət Türkiyənin AB-ə daxil olma danışıqlarının ləngiməsi ilə yanaşı, NATO-AB əməkdaşlığına da mənfi təsir göstərdi.

NATO-nun Qərbi Balkanlarda sabitləşdirici rolu oynadığını nəzərə alaraq Türkiyə Makedoniya və Bosnia və Hersoqovinanın NATO-ya daxil olmasını fəal şəkildə dəstəkləyir. Türkiyə həmçinin Serbiya- Kosovo dialoqunu Balkanlarda vəziyyətin normallaşdırlması üçün əhəmiyyətli sayır. Üstəlik, Ankara NATO-nun üçüncü ölkələrlə əməkdaşlığına böyük əhəmiyyət verir. Belə bir şəraitdə NATO-nun Ukrayna, Gürcüstan və Moldova ilə əməkdaşlığının inkişaf etdirilməsi, həmçinin NATO- Rusiya Konsulluğunun dirçəlişi Türkiyə üçün qarşılıqlı güvənin qurula biləcəyi və nəticədə Avropada sabitliyin yaranmasına imkan verəcək əvəzedilməz təməl kimi görünür.

Ukrayna- Rusiya Böhranı

2014-cü ilin əvvəlində Ukrayna hökumətinin səriştəsi barədə müzakirələrdən qalxan problem tez zamanda Rusiya və Qərb arasında böhrana çevrildi. İlk olaraq, Rusiyanın Kırımı zəbt etməsi ilə başlandı, daha sonra isə böhran şərqi Ukraynada rusiyapərəst separatçılarının fəaliyyəti nəticəsində vətəndaş müharibəsinin kəskinləşməsi ilə intensivləşdi. Böhranın dərinləşməsi ilə Rusiya- AB münasibətləri saxlanmadı, beləliklə NATO- Rusiya Konsulluğu ləğv olundu.

Bu böhran həmçinin  Rusiya və Ukrayna ilə Qara dəniz ilə qonşu olan Türkiyəyə də dərindən təsir etdi.  Bunu nəzərə alaraq Türkiyə Ukrayna barədə həssas balanslı siyasət yürütməyə başladı.  NATO müttəfiqləri ilə həmrəy olaraq  Türkiyə Ukraynanın ərazi bütövülyünə xüsusi əhəmiyyət verirdi. Türkiyə üçün digər həssas məsələ isə Kırım tatarlarının qanuni hüquqları ilə bağlı idi. Bundan əlavə, Türkiyə 2008-ci ildə Rusiya- Gürcüstan savaşı ilə başlayıb, 2014-cü ildə Ukrayna böhranı ilə davam edən Qara Dəniz üzərində Rusiya- Türkiyə balansının pozulması ilə nəticələnən Rusiyanın cənuba doğru genişləndirmək siyasəti barədə narahat idi. İndi isə Gürcüstanda Abxaziya və Cənubi Ossetiya və Moldovada Transnistria ilə yanaşı Kırım və şərqi Ukrayna faktiki olaraq Rusiyanın suverenliyinə daxildir.
Digər tərəfdən isə Türkiyə Rusiya ilə  2000-ci illərdən bəri çiçəklənən iqtisadi- siyası əməkdaşlığına zərər verməmək istəmir. Türkiyənin təbii qaz ehtiyacının 20%-i Rusiya tərəfindən qarşılanır, eyni zamanda  Rusiya Türkiyənin ikinci ən böyük ticarət əmdakdaşıdır. Əlavə olaraq 1990-cı illərdən bəri Rusiya Türkiyə məhsuları və tikinti şirkətləri üçün əhəmiyyətli bazar olmuşdur.

Bu nöqtədə faktiki olaraq Ankara və Moskva  Qara Dəniz vasitəsilə Rusiyadan Türkiyəyə, sonunda isə Yunanıstana nəql ediləcək “Türkiyə axını” adlanan  təbii qaz kəməri barədə danışıqlarla məşğuldurlar. Bir çox qərb ölkələri üçün Ukraynanı yararsız hala salma, Rusiyanı isə strateji və iqtisadi baxımdan zəiflətmək məqsədi daşıyan AB və ABŞ-ın Rusiyaya qoyduğu qadağanı da nəzərə alaraq   Türkiyənin belə bir vaxtda  bu cür proyektə qoşulması sual doğurur.  Bununla belə AB ölkələrinin iştirakı olmadan  “Turk axini” layihəsini uzun müddət inşa edib işə salmaq mümkün deyil.  Ona görə ki, Türkiyə artıq daxili təbii qaz ehtiyacını hazırda mövcud olan iki Rusiya boru xətti vasitəsilə ödəyir və özünü nəticə olaraq Avropaya gedən yolun üzərində yerləşən tranzit ölkə hesab edir.

Həmçinin Türkiyə Ukrayna böhranının Qara Dənizin cari hərbi quruluşunu    nizamlayan  1936-cı il Montrö Konvensiyasının toxunulmazlığına ziyan vurmasından narahatdır. Məlum olduğu kimi, Montrö Konvensiyası Qara dənizə çıxışı olmayan ölkələrin Qara Dənizdə hərbi gəmi saxlamasını məhdudlaşdırır və Bosfor və Dardanel boğazlarına nəzarəti tamamilə Türkiyəyə verir. Belə vəziyyətdə Türkiyə Qara Dənizin konflikt zonası olmağından yorulur. Bu məqamları nəzərə alaraq Türkiyənin Ukrayna böhranı barədə balanslaşdırılmış siyasəti Qərb və Rusiya arasında  asanlaşdırıcı rolu oynamasını mümkün edir. 2014-cü ildə yaradılmış ATƏT-in Ukrayna üçün  Xüsusi Monitorinq Missiyasının sədr monitorunun türkiyəli nümayəndə olması da Ankaranın xüsusi mövqedə olmasının göstəricisidir.

Suriya böhranı və NATO

Son illərdə təhlükəsizlik riskləri yalnız Türkiyənin şimalında deyil, cənubunda da artmaqdadır. Ukraynada baş verən hadisələrlə yanaşı Türkiyə Suriya və İraqda baş vermiş qeyri- sabitliyin nəticəsində yaranmış təhlükəsizlik riskləri ilə üzləşməkdədir.

İlk olaraq, Suriyada Əsəd rejimi  2011-ci ildə demokratiya tələb edən üsyançıların zorla qarşısının alınması  nəticəsində ölkəni vətəndaş müharibəsinə sürüklədi.  Vətəndaş müharibəsinin ilk illərində digər NATO üzvləri kimi Türkiyə də Əsəd rejiminə qarşı Suriya Milli Konsulluğuna və Azad Suriya Ordusuna öz köməyini təklif etdi. Amma vaxt keçdikcə aydın görünməyə başladı ki, Azad Suriya Ordusu yox, Əl- Nüsrə Cəbhəsi və Suriya və İraq Şam İslam Dövləti (İŞİD) kimi radikal təşkitlatlar Suriyada daha da güclənməyə başlayırdı.

Türkiyəyə əsasən İŞİD-i məğlub etmək üçün bütün Suriyaya aid olan hərtərəfli döyüş planı hazırlamaq lazımdır. Ölkəni vətəndaş müharibəsinə sürükləyən Əsəd rejimi öz yerini Baath partiyasına verməli, müxalifət nümayəndələri də daxil olmaqla barışıq üçün danışıqlar aparılmalı, vətəndaş müharibəsi isə dərhal dayandırılmalıdır. Əks halda Əsəd rejimi güclənməyə davam edir və İŞİD-i dayandırmaq mümkün olmur və Suriyada və kənarda müxtəlif qruplar arasında baş verən konfliktlərin yayılması qarşısıalınmaz olur.

Bu mənada Türkiyə NATO-ya üzv ölkələrin arasındakı əməkdaşlığı Suriya və İraqda vəziyyəti sabitləşdirmək üçün əhəmiyyətli sayır. Bu məqsədlə Ankara 2014-cü il Uelsdə keçirilən NATO sammitində digər müttəfiq ölkələrlə yanaşı İŞİD qüvvələrinin Suriya ərazisinə  girməsinin qarşısını almaq və Suriya müxalifətinin dəstəklənməsi üçün öhdəliklər götürdü. Çünki Suriya Türkiyənin qonşusudur, buna görə də İŞİD-in Türkiyə ərazisinə hücümları  gözləniləndir.

Suriyanın ərazi bütövlüyün qorunması və sabitləşməsi Ankara üçün böyük əhəmiyyət daşıyır.

Çin raket razılaşması


Türkiyə- NATO münasibətləri gündəliyində digər bir vacib mövzu isə Türkiyənin raketdən müdafiə sistemi ilə bağlı araşdırmasıdır. Bununla bağlı olaraq  Türkiyənin Müdafiə Sənayesi Müşavirəsi 2013-cü ilin sentyabrında final sövdələşməsində üç şirkətin təklifini masada qoymağa qərar verdi. Türkiyə Çinin Dəqiq Maşınlar İdxal-ixrac Korporasiyasının təklifinə üstünlük verdi, Fransız- İtaliyan firması Eurosamın təklifinə isə ikinci yerdə üstünlük verdi.  Türkiyə üçün Çinin təklifi təxminən 3.5 milyard dollara başa gəlirdi.

Türkiyənin  Müdafiə Sənayesi Müşavirəsinin qərarına və seçimlər siyahısına əsaslanaraq  NATO müttəfiqləri elan etdi ki, Çin istehsalı olan raketdən müdafiə sistemləri işləməyəcək, çünki Türkiyənin silah sistemləri NATO-nun sistemləri ilə uyğun olmalıdır. NATO-nun dilə gətirdiyi digər narahatlıq isə Çin raket sistemlərinin NATO müdafiə infrastrukturu üçün risk ola biləcəyi idi. 

Raket müdafiə sistemi ilə bağlı Türkiyə qərb müttəfiqlərinin müxtəlif etirazılarına görə çətin bir mərhələdən keçir. NATO- Türkiyə həmrəyliyi barədə digər bir addıma əsasən 2010-cu il Lissabon sammitində razılaşdırılmışdı ki,  NATO-nun raketdən müdafiə sistemləri barədə planları Türkiyənin də yaxından daxil olması ilə davam etdirləcək. Bunu nəzərə alsaq deyə bilərik ki ,Türkiyə qiymət və texnologiya transferi barədə çox uyumlu olan Çinin təklifi və müttəfiq ölkələrlərlə müdafiə strategiyaları və sənayesi ilə əməkdaşlıq barədə kritik qərar vermənin astanasındadır.

Bu nöqtədə Türkiyə Sənaye Müşavirəsinin son qərarları işarə edir ki, Ankaranın son qərarı Fransız- İtalyan avantürasının xeyrinə olacaq, və ya tender prosesini bütünlüklə ləğv edib müvəqqəti olaraq Türkiyədə yerləşdirilən Partriot sistemləri istifadə etməyə davam edəcək.

Son illərdə Türkiyənin mövqe və siyasətinin  NATO-da tənqid olunması qərb xalq rəyini artırır. Ancag onu da qeyd etmək lazdımdır ki, Rusiya- Ukrayna böhranı və Suriya vətəndaş müharibəsi barədə NATO digər üzvləri arasında kəskin narazılıqlar var. Bəzi üzvlər NATO-nun bu böhranlarda daha fəal iştirak etməsinin tərafdarı olduğu halda, digərləri daha neytral yanaşmaya üstünlük verir.  Türkiyə kimi  şimalda Rusiya və cənubda Suriya ilə sərhədi olan və bu cür böhranların mərkəzində yerləşən ölkənin  digər NATO ölkələrinə nisbətdə daha həssas mövqedə dayanması tamamilə normaldır.

Müşahidə olunur ki, NATO hərbi müttəfiqliyinə  üzvlüyünün 63-cü ilində olan Türkiyə təşkilat tərəfindən qəbul edilən bütün qərarlara tabe olmuşdur.  Dəqiq deyilə bilər ki, əgər NATO-nun üzvləri Ukrayna və Suriya böhranları barədə ümumi qərar verib razılaşsa Türkiyə də eyni istiqamətdə hərəkət etməyə davam edəcək.

Şərhlər

Çox oxunanlar