Alman mətbuatı Türkiyəyə qarşı - “NATO Türkiyənin daxili siyasətinə alət edilməməlidir”

28.07.2015 16:13     A-reaksiya     3176

 Alman qəzetlərində yer alan şərhlərdə Türkiyəyə qarşı yönəlmiş iradlar artır. Handelsblatt  Ankaranın xarici siyasəti daxili siyasi məqsədlərə alət etdiyini müdafiə edir.

28.07.2015 tarixli Alman qəzetlərinin şərhlərində Türkiyənin sərhəd dən kənar hərbi əməliyyatlarında nə kimi məqsəd güddüyü soruşulur və Almaniyanın radikal sağmeyillilərin təhlükələrinə diqqət çəkilir.

 Landshutta nəşr olunan Straubinger Tagblatt qəzeti Türkiyənin sərhəddənkənar hava əməliyyatları mövzusundakı şərhində Şimali Atlantika Alyansı NATO-nun susqun qalmasını tövsiyə edir:

 "NATO Türkiyənin yardım çağırışları qarşısında çəkingən davranmaqla yaxşı edir. Ankaranın strategiyası tam olaraq başa düşülməmiş deyil. Bölgədəki vəziyyəti həll etmək son dərəcə çətindir. Türkiyə  İŞİD-ə qarşı qurulan beynəlxalq koalisiyada  hərbi gücü ilə qatılmayana qədər NATO çağırışlarını təkrar etməklə kifayətlənməlidir. Çünki Türk hökuməti  onsuz da son dərəcə kövrək olan həll prosesini təhlükəyə atmaq üzrədir. Türkiyə - Suriya sərhədinin hər iki yaxasındakı tərəfsiz müşahidəçilər və yardım təşkilatlarının bildirdiyinə görə Türkiyə əslində İŞİD xadimləri ilə deyil PKK-lılarla vuruşur".

 Frankfurter Rundschau qəzeti PKK hədəf alan əməliyyatla bağlı bu sətirləri yazıb:

 "Türkiyənin İŞİD-i hədəfə alan hərbi əməliyyatı PKK-ya hücumda istifadə etdiyi gedərək açığa çıxır. Prezident Ərdoğan bunu edərkən odla oynamış oldu. Türklərin Kürd dövləti qorxusunu hər fürsətdə kürdlərin silahlı qoluna hücum etməkdə istifadə edir. Bu siyasətlə erkən parlament seçkilərində HDP-nin demokratik olmayan 10 faizlik həddinə diqqət çəkməsi və AKP-nin yenidən təkbaşına iqtidar olmasını təmin edəcək bir şərait yaratmağa çalışıb işləmədiyi məlum deyil. Qüvvə siyasəti həyata keçirməklə on illərdir davam edən kürd məsələsini danışıqlar yolu ilə sona çatdırma fürsətini təhlükəyə atır. Ərdoğan yumşalmazsa və PKK sülh prosesinin başa çatdığı bəyanatını geri almazsa qarşıdurmalar yenidən başlayır və Türkiyə narahatlığa sürüklənir".

 Handelsblatt qəzetinin şərhində, müttəfiqlərinin Türk hökumətinə nə qədər güvəndiyini soruşur:

 "Türk hökumətinin xarici və müdafiə siyasətini daxili siyasi məqsədlərinə alət etdiyi təəssüratı yaranır. Bu halda müttəfiqlərinin Türkiyəyə etimad göstərməsi çətindir. NATO qətiyyətlə daxili siyasi hesabların tərəfdaşı olduğu təəssüratını doğurmamalıdır. NATO yaxın keçmişdə Baltik dövlətləri və Polşada hərbi mövcudiyyət göstərərək Moskvaya "buradan irəli getmək!” mesajını verdi. Türkiyə müttəfiqlərinin dəstəyindən əmin olmalıdır. NATO müqaviləsinin beşinci maddəsi "NATO torpaqlarının təhlükəsizliyini yenidən təsis etmək və qorumaq üçün bütün tərəflər hərbi də daxil olmaqla lazımlı gördüyü tədbiri alır deyir. Bu ifadə kifayət qədər hərəkət payı qoyur".

 Aschaffenburgda olunan Main-Echo qəzeti, alman sağ ekstremistləri tərəfindən işlənən cinayətlərin artmasını belə dəyərləndirir:

"Almaniyada həddindən artıq sağcılığı ictimai səviyyədə unutmağa çalışma meyli qorxunc həddə gəldi. Milli Sosialist Yeraltı (NSU) hüceyrəsinin cinayətlərini işıqlandırması üçün yaradılan istintaq komissiyasının dörd keçmiş üzvünün eyni missiyayla ikinci bir komissiya qurulması üçün çalışacaqlarını açıqlamaları da bunu göstərir. Millət vəkilləri, təhlükəsizlik orqanları ilə bağlı araşdırmalarının daim bloka edildiyini deyirlər. Yeni bir komissiyaya tapşırıq verilməsinin son dərəcə lazımlı olduğu görünür. Almaniya bir hüquq dövlətidir. Kim ki, xaricilərə qarşı xalqı qızışdırır, xaricilərə hücum edir və hətta öldürsə alman qanunlarına görə ən ağır şəkildə cəzalandırılmalıdır. Qarşısında qorxusuz bir prokuror görməyə layiqdir. Hüquqi dövlət bunu dərk etməyənlərə  lazım olan dərsi verməlidir".

Şərhlər

Çox oxunanlar