Türkmən xalqı gələcəkdə Suriya sistemində öz yerini tutacaq

28.07.2015 16:15     A-reaksiya     3156

 
Son bir necə gündə Türkiyədə yaşanan terror hadisələri  Ankaranı İŞİD - ə qarşı ciddi addımlar atmağa vadar etdi. Beləliklə Türkiyə İŞİD - ə qarşı hərbi əməliyyatlar həyata keçirməyə başladı. Türkiyə İŞİD - ə qarşı hərbi əməliyyatlar həyata keçirərkən digər tərəfdən də bölgənin təhlükəsizliyi və Türkiyəyə sığınan Suriyalı vətəndaşların təhlükəsizliyini təmin etmək üçün ABŞ ilə birlikdə Suriyanın şimalında yəni Fərat çayından Hələb şəhərinə kimi 150 km - lik  ərazidə tampon bölgənin yaradılması haqqında qərara gəldilər.Təbii ki, Ankara bu addımları atmaqda əsas məqsəd  İŞİD - ə qarşı öz regionunun təhlükəsizliyinin alt qatını formalaşdırmaq və möhkəmləndirməkdən ibarətdir. Ankara bir tərəfdən öz ərazisinin təhlükəsizliyinin təmin etməyə çalışırkən digər tərəfdəndə İŞİD ilə  mübarizə aparan türkmənlərə yardımların edilməsinin vacib olduğunu görməktə idi. Bunun nəticəsi idi ki dünən Türkiyədə keçirilən milli təhlükəsizliyinin iclasında 5 min nəfərdən ibarət türkmən ordusunun yaradılması haqqında qərar qəbul edildi.Bu qərarın qəbul edilməsində  önəmli faktorlardan biri olaraq Türk Silahlı qüvvələrinin türkmən ordusuyla birlikdə Ankarayla əlaqəli şəkildə İŞİD ilə  mübarizə aparılması üçün nəzərdə tutulduğunuda qeyd edəbilərik. Türkiyənin bu qərarı verməsində ən önəmli faktorlardan biridə  ABŞ rəhbərliyi altında  başladılan təlim-təhciz lahiyəsinin iflasa uğramasıylada əlaqələndirə bilərik.
Bələliklə Türkiyənin vaxtında İŞİD-ə qarşı önəmli tədbirlər almaması və Suriya məsələsində lazımı tədbirlərin həyata keçirilməməsi  və bu kimi faktorlar Türkiyəni istər daxildə istərsədə xarici siyasətində  ciddi addımlar atmağa məcbur etdi ki bunlardan ən önəmlisi də Türkmən ordusunun  yaradılması haqqında qərarın qəbul olunmasıdır.
Təbii ki, bundan sonrakı hadisələrin necə cərəyan edəcəyini düşünərsək əvvəl ayrı-ayrı qruplar şəklində mübarizə aparan türkmən xalqı indisə ordu şəklində öz mübarizəsini aparacağını görəcəyik.Bu da türkmən ərazilərinin qorunması ve türkmən xalqının məhv olunmasının qarşısının alınmasına gətirib çıxaracaq.Həmçinin türkmən xalqı gələcəkdə Suriyada yaradılacaq sistemdə öz yerini tutmağa calışacaqdır.
Nəticədə Suriyada ixtilaflar başlayan zaman vaxt gələcək "biz Şamda namaz qılacağıq" - deyən Türkiyə Respublikasının prezidenti Rəcəp Tayyib Ərdoğan bu gedişatla öz ölkəsində şəhidlərinin cənazə namazını qılacaq .
 

Şərhlər

Çox oxunanlar