Ərdoğanın Çinə səfərindən gözlənilənlər - ANALİZ

28.07.2015 19:14     A-reaksiya     3077

Türkiyədə son günlər önəmli hadisələrin yaşandığı və xüsusilə İŞİD-ə qarsi hərbi əməliyyatların başlandığı bir müddətdə Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğanın Çinə  rəsmi səfəri məsələsinin gündəmə gəlməsiylə dünya medya qurumlarının diqqəti yenidən Türkiyə  və Çin arasındakı münasibətlərə istiqamətləndi.

Qısaca Turkiyə - Çin münsibətlərinə nəzər salsaq görərik ki, Çin və Türkiyə arasında  hərbi sahədə əməkdaşlığın üstünlük təşkil etdiyini  görərik.Belə ki, Türkiyədə Çinin dəstəyiylə ağır top atəşli silah sistemləri və taktiki balistik roketlərin istehsalına başladıldığını qeyd edə bilərik.  Lakin Türkiyə - Çin arasında həyata keçirilməsi planlaşdırılan  balistik roketlərin istehsalı prosesi gecikməkdədir. Bununla yanaşı Türkiyə öz hərbi sənayesini inkişaf etdirmək məqsədiylə beşinci nəsil döyüş təyyarələri istehsal etməyi nəzərdə tutmuşdur.

Digər önəmli bir məsələ isə Türkiyə və Çin arasında hava roketlərindən müdafiə sistemləri məsələsidir ki,  NATO və Qərbin etirazları nəticəsində bu lahiyənin həyata keçirilməsi prosesi 5 dəfə təxirə salınmısıyla nəticələnmişdir.

Bütün bunları  nəzərə alaraq  Rəcəp Tayyip Ərdoğanın Çinə  rəsmi səfərini bir neçə aspektdən izah edə bilərik .Əlbəttə İranın Qərblə nüvə müqaviləsi imzalaması və Qərbin İranla münasəbətlərində yaxınlaşmağa çalışması Türkiyəni siyasi arenada bir neçə önəmli addımlar atmağa məcbur edirdi ki, bu da Ərdoğanın Çinə rəsmi səfər etməsi məsələsinə gətirib çıxardı yəni artıq Türkiye özünə yeni müttəfiqlər axtardığını söyləyə bilərik. Bu səfər zamanı tərəflər hava roketlərindən müdafiə sistemi məsələsinin aydınlıq gətirməyə çalışacaqlar. Həmçinin bir sıra iqtisadi və hərbi sahədə əməkdaşlıq məsələlərinədə yer veriləcəkdir. Gələcək də Türkiyə ilə Çin arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi Türkiyəyə imkân verəcək ki, hərbi sahədə Pakistandan sonra Çinin önəmli strateji tərəfdaşı olsun.Türkiyə və Çin münasibətlərinin inkişafı nəticəsində Çin öz silah sistemlərini xarici bazarlara ixrac etmək şansı əldə edəcəkdir yəni Azərbaycan və türkçə danışan Mərkəzi Asiya ölkələrinə ixracı artacaqdır.

Türkiyə ilə Çin arasında texnologiya sahəsində əməkdaşlığın həyata keçirilməsi Çinə gələcəkdə imkan verəcək ki, digər islam ölkələridə onunla bu sahədə əməkdaşlıq etmək istəyi yaransın.

Nəticədə Ərdoğanın Çinə  rəsmi səfərini həm iki ölkə əlaqələrinin inkişaf etdirilməsinə həmdə Qərbə bir mesaj kimi də qiymətləndirə bilərik.

Şərhlər