Piter Teys:"Atəşkəs rejimi münaqişənin həlli deyil"

22.05.2017 12:56     A-reaksiya     1722

Amerikalı politoloq: "Ermənilərin Qarabağdakı hərəkətləri "Boko Haram" terrorçularının hərkətləri ilə oxşardır"

"Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğal edilməsi, Yerevanın müntəzəm olaraq beynəlxalq hüquq normalarını pozması Cənubi Qafqazda regional qeyri-sabitliyin və iqtisadi durğunluğun səbəbidir".
 
Bunu "Report"a açıqlamasında amerikalı politoloq Piter Teys ermənilərin Azərbaycan torpaqlarını atəşə tutmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, son bir neçə gün ərzində Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini yüz dəfələrlə pozub. "Unutmaq lazım deyil ki, Ermənistan ordusu Avrasiyada yalnız dinc əhaliyə qarşı yox, həm də 1600-dən çox abidəni dağıtmaqla mədəniyyət nümunələrinə qarşı zorakılıq aktları törətməyə davam edən yeganə qoşundur", - o əlavə edib.
 
P.Teys ermənilərin hərəkətlərini "Boko Haram" terrorçularının Çad və Nigeriyada törətdiyi terror aktları ilə müqayisə edib: "Ermənistan hökuməti beynəlxalq ictimaiyyəti şantaj etməkdə və ordunu sonradan Azərbaycan kəndlərini atəşə tutmaq üçün nəzərdə tutulan 60 və 82 mm çaplı raketlərlə təchiz etməyə davam edir".
 
Amerikalı ekspert, həmçinin ATƏT-in Minsk qrupunun Serj Sarqsyanın sülh yolu ilə nizamlanma prosesinə və Sankt-Peterburq və Vyana danışıqların nəticələrinə sadiq qalması üçün ona təzyiq göstərməli olduğunu vurğulayıb: "Hazırkı atəşkəs rejimi Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həlli deyil və heç vaxt regiona sülh və sabitlik gətirməyəcək. Bunun üçün erməni silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş torpaqlarından geri çəkilməsi lazımdır. Bundan başqa, Ermənistan ərazi ələ keçirmək ambisiyalarına və Naxçıvanın blokadasına son qoymalıdır".
 
 

Şərhlər