Rusiya olmasa İŞİD Orta Asiyada rahatlıqla irəliləyə bilər
29.07.2015 12:38 A-reaksiya 3106

Reaksiya.az - a danışan Orta Asiya və Əfqanıstan eksperti Əsədullah Oğuz "Türkmənistan daxil olmaqla heç bir Orta Asiya ölkəsi İŞİD kimi kənardan gələn təhdidlərlə təkbaşına baş edə biləcək gücdə deyil. Əgər Rusiya olmasa başda İŞİD olmaq üzrə bütün islam xadimləri Orta Asiyada rahatlıqla irəliləyə bilər" deyə danışdı.
Əfqanıstan ilə 209 kilometrlik uzun bir sərhədi paylaşan Türkmənistan İŞİD-ə qoşulmuş Orta Asiyalı xadimlərin ölkəyə sızmasını əngəlləməyə çalışırlar. Türkmən-Əfqan sərhəddinin bir çox nöqtəsində aylardır münaqişələr yaşanarkən iyul ayı döyüşlərin şiddəti daha artıb. Təcrübəsiz olan Türkmənistan ordusunun ciddi itkilər verdiyi bildirilir.
Sərhədlərindəki təhdidlə tək başına başa çıxmayacağını anlayan Aşqabad rəhbərliyi ekstremizm tərəfdarı xadimlərlə fəal mübarizə üçün Rusiya və region ölkələrindən kömək istədi. Bununla bağlı Əfqan-Türkmən sərhədinə əlavə özbək sərhədçiləri və rus əsgərləri göndərilib. Rusiya Ədliyyə Nazirliyi rəsmisi Roman Slantyevə görə İŞİD-in hədəf kimi Türkmənistanı seçməsinin səbəbi ölkənin Orta Asiyada ən aşağı müdafiə qabiliyyətinə malik olması və əhalisinin az olmasından irəli gəlir.
Orta Asiya ölkələrinin ən böyük təminatı Rusiyadır
Orta Asiya və Əfqanıstan məsələsindəki işləri ilə tanınan türkmən əsilli yazıçı Əsədullah Oğuz ilə Türkmənistanı həyəcanlandıran İŞİD təhdidi barəsində danışıblar.
Bölgəni yaxından tanıyan Oğuza görə, Türkmənistan daxil olmaqla heç bir Orta Asiya ölkəsi İŞİD kimi kənardan gələn təhdidlərlə təkbaşına baş edə biləcək gücə malik deyil. Bu mənada xüsusilə Rusiyadan gələcək yardımın önəmini qeyd edən ekspert "Orta Asiya respublikalarının xarici təhdidə qarşı ən böyük təminatı Rusiyadır. 1992-97-ci illərdə Tacikistan kommunist hakimiyyətini devirən islamçılar Rusiyanın dəstəyi ilə devrilmişdi. Türkmənistanın sərhədlərini də bu gün rus spetsnaz desantları qoruyur. Rusiya olmasa başda İŞİD olmaq üzrə bütün islam xadimlər Orta Asiyada rahatlıqla irəliləyər" deyib.
ABŞ İŞİD-lə mübarizədə nə qədər səmimidir?
ABŞ-ın İŞİD-lə mübarizədə səmimi olduğu barədə şübhələrə malik olan Əsədullah Oğuz "Şimali Əfqanıstanda İŞİD-çi olduğunu iddia edən böyük bir islam tərəfdaşının yığılıb, amma ABŞ ordusu yerlərini bildiyi halda onları İraq və Suriyada olduğu kimi bombalamır. ABŞ Əfqanıstanda İŞİD-ə qarşı Rusiya ilə əməkdaşlıq edəcəksə və bunda səmimidirsə onları bombalamaqla işə başlayar" deyə bildirib.
Kimlərsə Rusiyanı narahat etmək istəyir
Orta Asiya mütəxəssisi, 15-ci il ərzində Pakistanda hərəkətsiz halda gözləyən Orta Asiyalı islamçıların, Şimali Əfqanıstana keçirilməsinin tam da Rusiya ilə Qərb arasında Ukrayna böhranının yaşandığı bir dövrə təsadüf etməsinə də diqqət çəkərək “Sanki kimlərsə Rusiyaya, "Sən məni Qərbdə narahat etsən, mən də səni Şərqdə rahat buraxmaram” deyər kimi davranır" iddiasında olduğunu vurğulayıb.
Şərhlər