Generaldan xəbərdarlıq: "İşğalla barışmayacağıq"
14.06.2017 11:10 A-reaksiya 1453
Aprel döyüşləri onu göstərdi ki, Azərbaycan xalqı və dövləti işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa olsun, bərpa edəcək.
Apa-nın xəbərinə görə, bunu Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov deyib. O bildirib ki, ötən ilin aprel ayında Azərbaycan ordusu düşmən təxribatının qarşısını alarkən düşmənə sarsıdıcı zərbələr endirib: "Bu, ordumuzun gücünü bir daha nümayiş etdirdi. Bu döyüşlərin nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə bu gün Azərbaycan bayrağı dalğalanır".
Şərhlər