Bu “Meydan”, bu da Krikorian - FAKTLAR
28.07.2017 14:06 A-reaksiya 1483
Dünən erməni əsilli britaniyalı jurnalist Onnik Krikorianın öz tvitter profilində elan paylaşaraq, “Meydan TV” üçün yüksək maaş müqabilində (1000 avro) işçı axtardığı haqda material yayımlamışdıq.
Gözlənildiyi kimi, yazı çox tez əks-səda doğurdu. Əvvəlcə Onnik Krikorianın özü AzVisionun materialını paylaşaraq, “gülünc eyham” adlandırdı və bəyan etdi ki, Azərbbaycandakı dostları ona bizi ciddiyə almamağı deyiblər.
Krikorianın “Azərbaycandakı dostları”nın kim olduğunu çox yaxşı təxmin edirik və bu mövzuya sonra qayıdacğıq. Maraqlı odur ki, Krikorian bu yazdığına baxmayaraq, özünü təmizə çıxarmağa çalışdı və britaniyalı olduğunu, Meydan TV-də işləmədiyini də yazdı.
Erməni dostunun ardınca “Meydan TV”-nin PR-meneceri funksiyasını yerinə yetirən Həbib Müntəzir də özlərinə haqq qazandırmağa çalışdı. O, yazdığı statusda bildirib ki: “...Özü britaniyalı, soyadı erməni olan jurnalistin atdığı linkə görə düşüblər üstümüzə ki, ermənilərlə işləyirsiz. Halbuki bizdə hazırda erməni jurnalist işləmir. Ümumiyyətlə etnik düşmənçilik və faşizm qəbulolunmazdır. Lakin saytın keçidini hansısa erməni, kürd, ingilis, amerikan, ərəb, türk hər hansısa məqsədlə yayır və istifadə edirsə, buna görə biz məsuliyyət daşımırıq”.
Bu, özünə bəraət qazandırmaq üçün yazılmış yalandan başqa bir şey deyil. Əvvəla, Krikorian “Özü britaniyalı, soyadı erməni olan jurnalist” yox, erməni əsilli britaniyalı jurnalistidir. Bunlar tamam ayrı-ayrı şeylərdir. Və hazırda erməni şəbəkəsinin Tiflisdəki koordinatorlarından biridir.
İkincisi, “bizdə hazırda erməni jurnalist işləmir” iddiası da ağ yalandır. Krikorian Meydan TV üçün xeyli işlər görüb və hazırda görməkdə davam edir. Budur, onlardan bəziləri:
Maraqlıdır ki, Onnik Krikorianın sonuncu yazısını Meydan TV üçün Əfqan Muxtarlının həyat yoldaşı Leyla tərcümə edib. Özü də lap bu yaxınlarda: iyulun 1-də. Bunu Krikorianın özü tvitter hesabında yazmışdı:
Bütün bunlardan sonra Müntəzir-Krikorian cütlüyünün iddialarının tamamilə yalan olması açıq-aşkar ortaya çıxır. Biz yazdığımızı bir daha təsdiqləyirik: Krikorian Azərbaycana qarşı fəaliyyət göstərən erməni şəbəkəsinin Tiflisdəki nümayəndələrindən biridir. Məhz Azərbaycan əleyhinə yazan “jurnalistlərlə” yaxın münasibətləri də buradan qaynaqlanır!
Şərhlər