DTK-nın casusluq təklif etdiyi baş nazir kimdir? - ARAŞDIRMA

30.07.2015 08:45     A-reaksiya     3268

İngiltərənin baş naziri David Cameron Sovetlər Birliyi zamanında SSRİ DTK-dan agentlik təklifi alması ilə bağlı məsələ yenə  Rusiya mətbuatının gündəmindədir. Cameronun ötən illərdə danışdığı hadisəni yenidən sütunlarında gündəmə gətirən “Komsomolskaya Pravda” qəzeti, SSRİ DTK-nın Kamerona olan marağını araşdırıb.

Qəzet yazır ki, nazirliklərin və təşkilatların arxivlərini araşdırdıqdan və məsələdən hali olan fərqli insanlardan da məlumat aldıqdabn sonra ortaya bu yazını qoyublar. Qəzet yazır ki, Cameron 1985-ci ildə Hong Konga turistik viza alıb. Oradan o dövrdə Naxodka və Xabarovsk üzərindən Sovetlər Birliyinə çox ciddi turist axını var idi. Ölkəyə ildə 3 milyon xarici girirdi. O zaman 18 yaşında olan Cameron, qatarda iki nəfərlik bir kompantmanda gedirdi. İnturist, o zaman bu kompantmanları xarici cütlüklərə təsis edirdi. Ancaq Cameron, Hong Kongda Naxodkaya, oradan bütün Rusiyanı keçərək Moskvaya çatdığı bu səyahətdə onun yanında kimin olduğundan heç danışmayıb.

BBC-də iştirak etdiyi bir verilişdə Moskvada onu Anton adlı bir nəfərin qarşıladığını və ona səfərində bələdçilik etdiyini açıqlamışdı.

DTK arxivində Cameron ilə bağlı heç bir məlumata rast gəlinməyib. Öz ölkəsində yaşayan xarici ölkə vətəndaşı ilə bağlı bir əməliyyatın ancaq o ölkədəki DTK əməkdaşı tərəfindən həyata keçiriləcəyini deyiblər. O zaman İngiltərədəki DTK - nin nümayəndəsi isə, xəyanətkar, İngiltərənin baş nazirlərinin xəbər ötürücüsü Oleq Qordiyevski idi.

Ortaya bir maraqlı məqam çıxır: əgər DTK həqiqətən Camerona agentlik təklif etsəydi, hər halda Qordiyevski Moskvadan qaçandan sonra daha çox mükafat əldə etmək üçün bunu bütün dünyaya yayardı. Amma susur.

 

Şərhlər

Çox oxunanlar