“Azərbaycanda xristian missionerləri təhlükəli fəaliyyət göstərirlər” - - AZAY QULİYEV
28.09.2017 12:04 A-reaksiya 1759
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev Azərbaycanda xristian missionerlərinin təhlükəli fəaliyyət göstərdiyini bəyan edib.
A. Quliyev Bakıda keçirilən “Qeyri- hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru” adlı konfransda deyib ki, onlar xüsusən gənclər, hərbi çağırışçılar arasında təhlükəli təbliğat aparırlar.
O qeyd edib ki, xristian missionerləri Azərbaycanda çox fəallaşıblar: “Artıq biz bunu dəqiq müəyyənləşdirmişik. Çağırışçılar arasında təbliğat aparıb onları hərbi xidmətə getməkdən yayındırırlar, silah işlətməyin haram olduğunu deyib qadağan edirlər. Beləliklə Azərbaycan ordusuna təsir edir, düşmənə qarşı mübarizə ruhunu zəiflədirlər. Bunların fəaliyyəti bir çox ölkələrdə qadağandır. Biz də artıq qərar verməliyik”.
Şərhlər