Deputat: “10 nəfəri Həcc ziyarətinə göndərmək əvəzinə iki qız tələbə oxutsunlar”
28.09.2017 12:25 A-reaksiya 1552
“Bəzən görürsən ki, bizim bəzi imkanlı şəxslər 10 nəfəri Həcc ziyarətinə göndərməsi ilə fəxr edirlər. Din düzgün təbliğ olunsa, o adamlar bilər ki, insanlar ziyarətə özü getməlidir”.
Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Bakıda “Qeyri-hökümət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, vəsait xərcləyib Həcc ziyarətinə adam göndərənlər həmin məbləği iki qız tələbənin ödənişinə xərcləsələr, daha faydalı olar: “Bizim bəzi dindarlığın qatı olduğu bölgələrdə qızları məktəbə buraxmırlar. Bu problemə qarşı mübarizə aparılmalıdır. Bu mövzuda din xadimlərindən açıqlama gözləyirəm”.(report)
Şərhlər