7 oktyabr mitinqi - Game over

07.10.2017 23:00     A-reaksiya     3182

Bu gün Milli Şura Yasamalda  müxalifətin keçirdiyi mitinqlələ  məşhurlaşan  “Məhsul” stadionunda növbəti mitinqini keçirdi. Hər zaman demişəm. Mən jurnalistəm. Heç bir partiyanın üzvü deyiləm. Müxalifət də, iqtidar da bu xalqın övladlarıdır. Mənim üçün insanların siyasi əqidəsi önəmli deyil. Millətə və dövlətçiliyə olan münasibəti önəmlidir. 

Uzun illər idi ki, mitinqləri izləmirdim. Bu gün dostum Gülnaz Qənbərli ilə birgə peşə fəaliyyətimizi həyata keçirmək üçün mitinqə yollandıq.  Polis nəzarətindən və yoxlamasından keçib, saat 15:00 – da stadiona daxil olanda,  təmtəraqlı hazırlanmış tribunanın  radiusu ətrafında  pərakəndə  səpələnmiş insanların sayı  cəmi-cümlətani  ancaq 3000  nəfər olardı, ya olmazdı... 

 

Əhval-ruhiyyə yüksəldən müsiqinin sədaları altında tribunanın arxasında mitinq təşkilatçıları aksiya iştirakçılarına, Azərbaycanın, Avropanın  bayraqlarını, eləcə də siyasi məhbus elan etdikləri üzvlrinin şəkil-plakatların paylayır, tövsiyyə verməyi də unutmurdular: “Bayrağı ucadan  yellədin”, “Plakatları yuxarı qaldırın”, “Çıxışçılara əl çalın”, “Azadlıq” “İstefa” sədalarını yüksəldin və sairə.

Digər mətbuat nümayəndələri kimi, biz də tribunanın üstündə dayanıb, mitinqi daha yaxından izləmək  üçün aksiya iştirakçıraının yardımı sayəsində nərdivansız divara dırmaşdıq. Öncə onu qeyd edim ki, stadionda mobil internetdən istifadə məhdudlaşdırılmışdı. İnternetin məhdudlaşdırılması da təbii ki, medianın işini axsadırdı. Anlamadığım bir şey oldu ki, onsuzda bir stadionun dolmadığı bir mitinqin yayılmasından rahatsız olub, internetdən istifadəni niyə məhdudlaşdırmışdılar ki?! Yəni, həmin mitinq sosial şəbəkələrdə canlı yayımlansa idi nə olacaqdı ki... 

Keçək əsas məsələyə. Maraqlıdır, iddia edilən böyük gücə malik olan Milli Şuranın səs-küylə hər həftə keçirmək istədiyi mitinqə gələnlərin sayı gündən - gündən azalırsa, bu mitinqləri keçirməyin məqsədi nədir, görəsən?  Həmçinin 1988 - ci ildən (1988 – ci il mitinqlərini video lentlərdə izləyib, valideynlərimdən eşitmişəm – Z.Q) bu günədək  bu adamların nə siyasəti, nə kursu, nə şüarı , nə də təfəkkürü dəyişməyibsə, maraqlıdır, hakimiyyətdən necə dəyişiklik tələb edə bilirlər?! 

Mitinq saat 15:00- da başlamalı, 17:00-da bitməli idi. Hər zaman vaxt darlığından şikayət edən  müxalifət nümayəndələri və mitinq təşkilatçıları saat 3-dən 34 dəqiqə  keçdikdən sonra hay-huyla,  bir az da  özlərindən razı ədayla statdiona daxil oldular. Baxmayarq ki, müxalifət hər zaman vaxtın darlığından şikayət edir, lakin stadiona girməyə, tribunaya qalxıb ürəklərini boşaltmağa  tələsmirdilər. Həmişə olduğu kimi bu dəfə Cəmil Həsənli  və Əli Kərimli başlarının dəstəsiylə 2 saat ev sahibliyi edəcəkləri stadiona daxil olub yerlərini tutdular. Mitinqi “Azərbaycanın Himni”ylə başlasalarda mitinq iştirakçılarından tək-tük adam himni təkrar edirdi. Az sonra hər zamankı çıxışçıların hər zamankı çıxışları başlandı. Eyni sözlər, eyni nitqlər,  eyni sifətlər və eyni şüarlar səsləndirildi.  1988-ci illərin mitinqlərini xatırladırdı bütün bunlar. Bu qədər iqtidara meydan oxuyub, sinəsini boşaltmaq üçün meydan istəyənlərin liderlərinin deyəcəkləri  yalnız 1 saat 15 dəqiqəyə sığışırmış. Əslində mitinq təşkilatçılarının bu aksiyası daha çox  internet klublardaki  doyüş oyunlarını xatırladırdı.  Az sonra isə Game over....  Bəli, belə çıxır ki, sizin xalqa danışacaq sözünüz yoxdur. Təəssüf ki bu elə belədir.... Belə olduğu halda, niyə 2 saat vaxt alırsınız?! Olmazmı ki, 1 saat vaxt alıb, səmərəli bir mitinq keçirə, sözünüzü millətə çatdırasınız?! 

Bütün hallarda ölkədə razılaşdırılmış etiraz aksiyalarının keçirilməsi yaxşı haldır. Ümid edirik ki, xalqı təmsil etdiyini iddia edən Milli Şura bundan sonra mitinq siyasətinə yenidən baxacaq. Xalqa deməyə yeni söz tapacaq ki, Game over olmasın...

Zaur Qəriboğlu

Reaksiya.az

Şərhlər

Çox oxunanlar