“Azərbaycan 20-dən çox ölkədən silah-sursat alır”
10.10.2017 13:00 A-reaksiya 1468
"Azərbaycan 20-dən çox ölkədən silah-sursat və hərbi texnika alır"
Bunu Azvision.az-a ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib. Müdafiə naziri Zakir Həsənovun Belarusa səfərini yüksək qiymətləndirən Ramaldanov bu ölkə ilə hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.
Hərbi ekspertin sözlərinə görə, Azərbaycanın Belarusdan yeni hərbi texnikalar alması gözlənilir: "Belarusa bizim strateji tərəfdaşımızdır. Bu ölkənin hərbi sahədə özünəməxsus yeri var. Belarusun istehsal etdiyi silahlar müasirdir və son tələblərə cavab verir. Bu baxımdan həmin ölkə ilə müqavilə bağlanması normal haldır".
Ramaldanovun sözlərinə görə, Azərbaycanın silahlanma strategiyasında alınan texnikanın müasirliyi və keyfiyyəti əsas rol oynayır. Daha sonra həmin texnikanın Qarabağ döyüşlərində istifadəsi, Azərbaycanın müdafiəsini möhkəmləndirməsi, onun idarə edilməsində sadəlik və qiyməti əsas yer tutur: "Bu gün 20-dən çox ölkədən silah-sursat alırıq”.

Şərhlər