Sekuta: “Azərbaycanın üç istiqamətdə addımlar atması biznes əlaqələrimizin inkişafına təkan verər”
17.10.2017 14:13 A-reaksiya 1725
“Azərbaycanda səfərdə olan ABŞ ticarət missiyasının əsas məqsədi ticarət və kommersiya əlaqələrini daha da inkişaf etdirməkdir”.
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Səfir bildirib ki, Azərbaycan öz islahatlar kursunu davam etdirir: “İslahatların həyata keçirilməsi çətindir. Dünya miqyasında necə rəqabətin olduğunu görürük. Biz bu islahatların həyata keçirilməsi və iqtisadiyyatın gücləndirilməsi ilə bağlı 3 əsas istiqaməti qeyd edirik. Bunlara qanunun aliliyinin gücləndirilməsi; korrupsiya ilə mübarizə; sistemin şəffaflaşdırılması, proqnozlaşdıra bilmə, məlumatların əldə edilməsinin yaxşılaşdırılması daxildir. Bu kimi müzakirə və söhbətləri bir çox ölkələrlə aparırıq. Bu istiqamətdə addımların atılması biznes əlaqələrimizin daha da inkişafına təkan verəcək”. (apa)
Şərhlər