Planlı gərginlik strategiyası - AÇIQLAMA

31.07.2015 14:49     A-reaksiya     3042

 DW-dən Loay Mudhoon Türkiyənin əməliyyatlarının İŞİD strategiyasında böyük bir dəyişiklik anlamına gəlmədiyi və əsl hədəfin PKK olduğu fikirindədir.

 

"Heç kim təəccüblənməsin. Türk Hava Qüvvələrinin Suriyadakı İŞİD və Şimali İraqdakı PKK hədəflərinə əməliyyatları NATO ölkəsinin İŞİD-ə qarşı mövqeyində əsaslı bir dönüş nöqtəsi anlamına gəlmir. Çünki cihatçı terrorçulara qarşı döyüşmək Türk hava hücumlarının əsas hədəfi deyil. Ankara daha çox Suriya sərhədində uzanan bir Kürd dövlətinin yaranmasının qarşısını almaq üçün əlindən gələni edir. Görünən o ki, Ankara İŞİD terrorçuları səbəbiylə ortaya çıxan yeni təhdid vəziyyətini fiaskoya uğramış Suriya siyasətinin mənfi nəticələrini düzəltmək üçün istifadə etmək istəyir. Əhməd Davudoğlunun xarici işlər nazirliyi dövründəki "qonşularla sıfır problem” siyasətinin mərkəzindəki ölkə Suriya idi. Türkiyənin xaricə inteqrasiya etməsi üçün bütün imkanlardan istifadə edən Davudoğlu bütün qonşularla maksimum əməkdaşlığı hədəfləyən çoxölçülü bir xarici siyasəti müdafiə edirdi. Ancaq 2011-ci ilin mart ayında Suriyada sünnilərin qiyamından başlayan qarışıqlıq Əsəd rejimi bağlarının qopmasına səbəb oldu. AKP rəhbərliyi üçün Əsədi devirəcək lazımi vasitələrə malik olmamaq qəzəb və çarəsizlik yaradırdı. Bu səbəblə Türk hökuməti İŞİD-in fəaliyyətlərinə dözdü. Buna görə Türk sərhədləri üzərindən bir çox İŞİD döyüşçüsü Suriyadakı münaqişə bölgələrinə keçid etdi. Burada məqsədli bir dəstəkmi vardı, yoxsa şüurlu şəkildə göz yumma, bilinmir. Tənqid zamanı İndi Türkiyə özü nə edəcəyini müəyyən edə bilməyən bir İŞİD qurbanı mövqeyində. Türk rəsmiləri artıq oturub bu məsələdə üzərlərinə düşən məsuliyyət payını düşünməlidirlər. Digər tərəfdən Suriyadakı faciəylə bağlı olaraq Ərəb və Qərb ölkələri də özlərinə tənqidi suallar yönəltməlidir. Xüsusən də ABŞ. Əsəd öz xalqına qarşı amansız müharibəni onların iştirakı sayəsində apara bildi. Bu an bütün işarələr Türk hökuməti ilə ABŞ arasında bir razılaşma aparıldığını göstərir. Türkiyənin İŞİD-ə qarşı müharibədə daha fəal rol oynaması müqabilində Vaşinqton çökən Suriyada bir Kürd dövləti qurulmayacağı təminatını verir. Həmçinin iki ölkə Suriyanın şimalında suriyalı qaçqınların göndəriləcəyi bir təhlükəsiz zona yaradılmasını planlaşdırır. Avropa dəstəkləməlidir Avropalı siyasətçilər Türkiyənin üzərindəki yükü yüngülləşəcək bu tampon bölgəni maliyyə və maddi-texniki olaraq dəstəkləsə yaxşı olar. Gərginliyi sakitləşdirmək üçün Türkiyənin maraqlarına daha çox anlayış göstərmək lazım olacaq. Və eyni zamanda Türkiyənin daxilindəki sülh prosesinə geri dönməsi üçün cəmiyyətdəki dərin parçalanmanın aradan qaldırılması lazımdır. Avropa üçün əvəzolunmaz tərəfdaş olan Türkiyə təxmini üç cəbhəli müharibəyə qarşı qorunmalıdır".

Şərhlər

Çox oxunanlar