Hikmət Hacıyev ABŞ-ın məşhur media orqanına müsahibə verib
26.10.2017 12:15 A-reaksiya 1731
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev CNN-də veriliş aparan Antoni Bourdaynin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və oradan mətbəx haqqında veriliş hazırlaması ilə əlaqədar ABŞ-ın məşhur “Buzzfeed news” media orqanına müsahibə verib.
XİN-in mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, müsahibəsində Hikmət Hacıyev Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, eləcə də qanunlarını pozduğu üçün Antoni Bourdaynin adının arzuolunmaz şəxslər siyahısına daxil edildiyini bildirib. O əlavə edib: “Biz təəssüf edirik ki, Antoni Bourdayn Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına bəraət qazandırılması və bu işğalın pərdələnməsində propaqanda alətinə çevrilib. İşğal altında olan ərazilərindən mətbəx mövzusunda şou proqram hazırlamaq zorla öz torpaqlarından didərgin düşmüş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə qarşı hörmətsizlikdir”.
Həmçinin, H.Hacıyevin Twitter profilində qoyduğu statusa istinadən müsahibədə yazılıb: “Etnik təmizləməyə məruz qalmış ərazilərdən şou proqram hazırlamaq utancverici və qeyri-mənəvi hərəkətdir. Bu dayandırılmalıdır”.
Şərhlər