İrəvan İkinci Aprelə hazır olmalıdır - – Politoloq

20.11.2017 10:53     A-reaksiya     1964

Görünür, Ermənistana Aprel döyüşlərini bir daha xatırlatmağa ehtiyac var.

Bu sözləri Axar.az-a açıqlamasında keçmiş diplomat, politoloq Fikrət Sadıqov deyib. Politoloq hesab edir ki, Türkiyə Qarabağ məsələsində nümayiş etdirdiyi hazırkı fəallığı davam etdirməlidir:

“Ankaranın bundan sonrakı siyasi addımları və aktivliyi prosesin həllinə öz təhfəsini verə bilər. Bu fonda zənnimcə, Azərbaycan da sülh danışıqlarından imtina etməməli və diplomatik gücüylə İrəvanı məğlubiyyətə uğratmalıdır. Hesab edirəm ki, Qarabağ probleminin hərbi yolla həllinə qadir olduğumuzu Ermənistana xatırlatmaq üçün çox əlverişli bir mühit yetişib. Bakı mütləq bu şansı dəyərləndirməlidir. Beynəlxalq münasibətlər tarixində bu kimi hallar təkrarlanır. Görünür, Ermənistana da Aprel döyüşlərini bir daha xatırlatmağa ehtiyac var”.

Reaksiya.az

Şərhlər