Arye Qut: “Ermənistanda antisemitizm baş qaldırıb”

28.11.2017 11:55     A-reaksiya     2000

Bu gün Bakıda erməni tədqiqatçıları və ictimai xadimləri – Artur Ağacanov və Rima Sarkisovanın iştirakı ilə elmi-praktiki konfrans işinə başlayıb. A.Ağacanov və R.Sarkisova Ermənistan-Azərbaycan sülh platformasının fəal iştirakçılarıdır. Konfransın təşkilatçısı Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasıdır.

Artur Ağacanov və Rima Sarkisova

Multikulturalizmin Azərbaycan modelini müzakirə etmək üçün Bakıya Qərbin və İsrailin beyin mərkəzlərinin məşhur nümayəndələri gəlib.

Konfransın işində həmçinin Azərbaycan Prezident Administrasiyasının, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin, Heydər Əliyev Mərkəzinin nümayəndələri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları və Milli Məclisin deputatları iştirak edir.

Konfransda multikulturalizmin uğurlu Azərbaycan modeli ilə yanaşı, Ermənistanın Qafqazda ekspansiya siyasətinin nəticələri müzakirə ediləcək.

Konfransda giriş sözü ilə Dövlət komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov çıxış edib. Xarici və yerli ekspertlərə, erməni tədqiqatçılara konfransda iştiraklarına görə minnətdarlığını bildirərək, natiq prezident İlham Əliyevin yürütdüyü multikulturalizm və xalqların birgə yaşayışı siyasəti barədə danışdı.

 

Daha sonra söz Prezident Administrasiyasının nümayəndəsi Etibar Nəcəfova verilib. Onun sözlərinə görə, bir sıra aparıcı Qərb ölkələrində multikulturalizmin kollapsına baxmayaraq Azərbaycan multikulturalizmi özünün dövlət siyasətinin məhək daşı elan edib.

E.Nəcəfov əminlik ifadə edib ki, multikulturalizm modeli özünü çoxmillətli Azərbaycanda tamamilə doğruldub və bu model hakimiyyətin xarici və daxili siyasəti ilə harmoniyalaşır. Azərbaycan sülh siyasətinə can atır və İlham Əliyev tərəfindən 2008-ci ildə elan edilmiş Bakı prosesinin prinsiplərindən çıxış edir.

“Ermənistanda faşizm və antisemitizm dalğası baş qaldırıb. Bu kampaniyanın kulminasiyası alman nasizminin xidmətçilərindən biri olan Qaregin Njde kimi erməni faşistinin obrazının bütləşdirilməsi oldu. Bu nasist canisi Ermənistanda hakim Respublika Partiyasının ideoloji kultu elan olunub”, - öz çıxışında israilli politoloq Arye Qut bildirib. 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar