Ermənistanın növbəti ədabazlığı - Sarkisyan özündən başqa kimi aldatmağa çalışır?

04.12.2017 13:53     A-reaksiya     2372

Ermənistanın növbəti ədabazlığı, yaxud düşmən ordusunun rəhbərliyi Sarkisyanı aldadır, bəs Sarkisyan özündən başqa kimi aldatmağa çalışır?

 
Dekabrın 2-də üzdəniraq Ermənistan adlı qurumun rəhbəri Serj Sarkisyan başda olmaqla quldur yığınından ibarət dəstənin üzvlərinin iştirakı ilə işğal olunmuş ərazilərimizdə qondarma Arçaxla birgə təlimlər keçirilidiyi bildirilib. Bu “miqyaslı” təlimləri bədnam qonşularımızın öz xalqı üçün quraşdırdığı şou  və ermənisayağı növbəti ədabazlıq adlandırmağımız daha düzgün olardı.
Təlim adlandırılan yaramazların toplantısından yayılan foto və videoları diqqətlə izləsək düşmən ordusunun rəhbər heyətinin sifətlərindən həm təlimlərə, həm də Sarkisyana olan nifrət dolu münasibəti aydın sezmək olar. Müşavirə otağına zorla gətirilən şəxsi heyətin üzlərindəki mimika və laqeyd baxışlar orada baş verən hadisələrə marağın olmamasını açıq-aydın hiss etdirir.
Ermənistan animatorlarının “təlim”lərədən hazırladıqları video materiallar üzərində qrafika montajı, şəkillərdə isə fotoşop üsulu ilə xeyli cidd-cəhdlə cadükarlıq etmələri də işə əsla yaramayıb. Yayılan videogörüntülər təlimdən çox, məhəllədə uşaqların oynadıqları “dava-dava” oyununu xatırladır.
Birtəhər silinib-süpürülüb nəqliyyat vasitələri də daxil olmaqla bir tabor sayında texnika toplayan Ermənistan rəhbərliyinin bu təlimləri utanmadan “miqyaslı” adlandırması çox gülüncdür. Azərbaycan Ordusu birləşmə səviyyəsində istənilən təlimi keçirərkən belə cəlb edilən döyüş texnikasının sayı ermənilərin “miqyaslı” təlimlərə toplaya bildiklərindən 3-4 dəfə artıq olur. 
Səylə montaj edilmiş video görüntülərdə 2-3 PDM və 3 ədəd tank dağda-daşda tozanaq qaldıraraq mənasız yerə ora bura “çapır”. Ermənistan ordusu rəhbərliyi nə qədər yalandan tərifləsə də, təlimlərə cəlb edilən texnikaya “ən müasir” döyüş texnikası deməyin də yalan olduğu yayımlanan videosujetdən aydın görünür. Dağlıq əraziyə bənzər təlim mərkəzində, təpələrin ətəyində, soyuqdan əsnəyən tamaşaçıların qarşısında ora-bura sürülən döyüş masınlarının “müasir” vəziyyəti, kiçik bir maneəni dəf edərkən nə qədər çətinlik çəkərək ətrafı qara tüstüyə qərq etməsindən və ensiz yarğanı keçmək istərkən hansı hala düşməsindən aydın görünür.
Nə qədər izləsək də təlimdə düzgün, dəqiq taktiki fəaliyyətlər gözə dəymir. Guya texnikadan açılan atəşlər isə müxtəlif yerlərdə “pultla” partladılan minalara, yaxud digər partlayıcılara, dəqiq desək  daha çox “pirotexnik” əməyinə bənzəyir. Yəni toz-duman qaldıraraq boş yerə məqsədsiz sürülən döyüş texnikasının hansından, hansı hədəfə atəş açdığı, dəyib-dəymədiyi bəlli olmur, ümumiyyətlə hədəfə dəyməsi belə şübhə doğurur.
Qeyd ediləsi maraqlı bir məqam da təlimləri izləmək məqsədilə döyüş bölgəsində fəaliyyət göstərmək üçün xüsusi kurs keçmiş xeyli sayda jurnalistin dəvət olunması idi. Amma nədənsə təlimləri “xeyli sayda” media işçisinin izləməsinə baxmayaraq, oyuncaq müharibə səhnələri barədə məlumat yalnız Ermənistan müdafiə nazirliyinin nəzarətində olan saytda yer almışdır. Bu isə onu deməyə əsas verir ki, yalançı təlimlər hətta sayılıb seçilən, çox oxunan Ermənistan mətbuatı üçün artıq heç bir maraq kəsb etmir.
Dediklərimizdən bu hasil olur ki, kriminal hərbi-siyasi rejimin ordu rəhbərliyi Ermənistan prezidentinin başını aldatmaqla gözünə kül üfürür. Bəlkə də o özü analmır ki, ona nümayiş etdirilənlərin hamısı qurama, müasir hərb elmindən uzaq, oyuncaq şavaş ssenarisdir. Ya da ki, o özü, müdafiə nazirliyinin rəhbərliyi ilə birlikdə belə səhnəciklər qurmaqla erməni xalqının başını aladatmaqda davam edir.
Sadaladıqlarımıza yekun vurarkən bir daha qeyd etmək zəruridir ki, bu birgə və “miqyaslı” təlimlər Ermənistan dövlət rəhbərliyinin növbəti ədabazlığından başqa bir şey deyil. Əgər düşmən ordusunun rəhbrliyi Sarkisyanı aldadırsa, bəs onda Sarkisyan özündən başqa kimi aldatmağa çalışır? Bu suala cavab tapmaq üçün artıq erməni xalqı ciddi düşünməlidir.
 
İsa ismayılov, hərbi jurnalist

Şərhlər

Çox oxunanlar