YAP-dan nazir dəyişikliklərinə REAKSİYA – “Onların işdən çıxarılması…”

09.12.2017 14:30     A-reaksiya     1795

“İki nazirin işdən çıxarılması, birinin isə yenidən təyinat alması adi kadr dəyişikliyidir”.

Bunu  millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili bildirib ki, prezident bu iki nazirlik qarşısında yeni vəzifələr qoyub, orada işin daha da gücləndirilməsi istiqamətində addımların atılmasını daha vacib sayıb:
“Bu, Azərbaycanda bu sahədə aparılan işlərin daha da yaxşılaşdırılması istəyindən irəli gələn məsələdir. Daha əvvəl təhsil naziri olan Mikayıl Cabbarov, Vergilər Nazirliyində işi daha da canlandıracaq və nəticələr əldə ediləcək”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar