Bolqarıstanın alternativ kimi Azərbaycanı seçir
15.01.2018 22:23 A-reaksiya 1859
Xəbər verdiyimiz kimi Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov ölkəmizdə işgüzar səfərdədir.
Prezident İlham Əliyevinin Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov ilə təkbətək görüşü çərçivəsində ikitərəfli siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi və Bolqarıstanın Baş nazirinin Azərbaycana səfərinin əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyəti , ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edildiyi bildirildi.
Gənc analitik Ehtiram Aşırlı Reaksiya.az-a Bolqarıstan baş nazirinin Azərbaycana rəsmi səfərin barədə fikirlərinini ifadə edərək qeyd edib ki, düşünürəm Bolqarıstan baş nazirinin Azərbaycana hazırkı səfəri, Azərbaycanın günbəgün artan geoqtisadi nüfuzunun, eləcə də enerji savaşındakı geodiplomatik imkanlarının artdığına dair bir daha sübutdur. Məlum olduğu kimi, 2014-cü ildə Bolqarıstan ABŞ-ın təzyiqi ilə Rusiyanın "Cənub Axını" layihəsindən birmənalı vaz keçməli oldu, təbii ki, zərərləri də oldu da, lakin Azərbaycanın Avropanın enerji arxitekturasında hər gün artan faktiki gücü Bolqarıstanın alternativ kimi Azərbaycanı seçməsinə zəmin yaradır. Bu mənada TAP/TANAP layihələrinin hər ötən gün geostrateji əhəmiyyəti artmaqdadır. Gənc analitik bu görüşü dəyərləndirərək önümüzdəki zamanlarda bu enerji lahiyəsinə Rusiya, İran, İsrail və Bolqarıstan kimi dövlətlərin də qoşulacağını düşündüyünü bildirib.
Şərhlər