Avital Rozenberq: Tarix nasizm dövründə günahsız insanları xilas etmiş şəxslərin böyüklüyünü yaddaşında saxlayır

24.01.2018 11:59     A-reaksiya     1720

Tarix öz vicdanı ilə hərəkət etmiş və bununla da nasist ideologiyasının yayıldığı zaman günahsız insanları ölümdən xilas etmiş şəxslərin böyüklüyünü yaddaşında saxlayır.

Bunu Holokosta və 20-ci əsrin 30-40-cı illərində yəhudilərin həyatlarını xilas etmiş diplomatlara həsr olunmuş “Beyond duty” (Öhdəliklərdən kənar) sərgisi zamanı İsrailin Azərbaycandakı səfirliyinin spikeri Avital Rozenberq deyib.

O deyib: “1933-1941-ci illər arasında nasist Almaniyası ölkədə yəhudiləri əmlak və hüquqlardan məhrum edən siyasət həyata keçirirdi. Bu siyasət bütün Almaniyada, eləcə də ölkə xaricində geniş dəstək gördü. Bu ağır zamanlarda sistemə, günahsız insanların qətlinə qarşı çıxan şəxslərin dəstəyi xüsusilə dəyərli idi. Bu şəxslər yəhudilərin xilas olunması üçün mümkün olan hər şeyi etmişdilər”.

Sərgidə nasist siyasətinə qarşı fəaliyyət göstərən 34 diplomatın fotoşəkilləri və tarixçələri təqdim olunub: “Mən əminəm ki, gələcək illərdə biz bu qorxunc zamanlar haqqında digər tarxiçələri öyrənəcəyik və bu, gələcək nəsillərin yaddaşında qalacaq”.

Azərbaycan Diplomatiya Akademiyasının icraçı prorektoru Fariz İsmayılzadə öz növbəsində bu cür sərgilərin gənc nəslin tədrisi üçün vacibliyini qeyd edib: “Bu sərginin təşkilində iştirak etmək bizim üçün böyük şərəfdir. Bu, gənc tələbələrin məlumatlanması üçün yaxşı imkandır. Çoxlu sayda həyat xilas etmiş bu cəsarətli insanların nümunəsi gənc nəsil üçün yaxşı dərs olacaq”.

Qeyd edək ki, “Beyond duty” sərgisi Azərbaycan Diplomatiya Akademiyasının, eləcə də BMT-nin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə keçirilib.(trend)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar