İtaliya XİN-in başçısı: ATƏT-in Qarabağ üzrə Minsk qrupu yeganə format deyil

01.02.2018 16:25     A-reaksiya     1860

ATƏT-in fəaliyyətdə olan sədri, İtaliya XİN-in başçısı Ancelino Alfanonun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupu yeganə mümkün format deyil. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Alfano bu fikri rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına həsr olunmuş mətbuat konfransında səsləndirib. İtaliyanın xarici işlər naziri deyib: “ATƏT-in Minsk qrupunun gördüyü işə dəstək veririk. Bununla yanaşı, biz düşünmürük ki, bu, yeganə mümkün variantdır, düşünürük ki, bizim mövqeyimiz ATƏT-in əvvəlki sədrinin siyasətini davam etdirir. Hesab edirik ki, bu, ədalətlidir”. Bundan başqa, Dağlıq Qarabağ münaqişəsi zonasında ATƏT müşahidəçilərinin sayının artırılmasını şərh edən Alfano qeyd edib ki, təşkilat tərəfindən bu cür dəstək faydalı ola bilər. “Hesab edirik ki, istənilən formada təşkilati dəstək qarşıya qoyulan məqsədə çatmaq üçün son dərəcə faydalı olacaq. Buna əsaslanaraq hesab edirik ki, söhbət yetərincə pozitiv addımdan gedir”, - deyə italiyalı nazir bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar