Vətən jurnalistlərdən ziyan görmədi - Analiz

05.08.2015 03:43     A-reaksiya     2845

 

 Almaniya mətbuatında iki jurnalist haqqında vətənə xəyanət maddəsi ilə istintaq başlanması ölkədə səs-küyə səbəb olub. Gizli sənədlərin yaymaqda ittiham olunan jurnalistlərlə bağlı istintaq dayandırılsı, amma məsələ hələ də gündəmin ən çox danışılan mövzusudur.

  Tagesspiegel qəzeti jurnalistika ilə bağlı şərtlərin yenidən nəzərdən keçirilməsini istəyir: “ Jurnalistlər  “Konstitusiyanı Qoruma Mərkəzi”nin sosial şəbəkələrin daha çox izlənməsi ilə bağlı planlarına dair gizli sənədləri yaymaqla vətənə xəyanət etməyiblər. “ Jurnalistlərin məqsədi məsələni işıqlandırmaq olub. Vətən bundan heç bir zərər görməyib. Əksinə, vətən bu cür xəbərlərin qarşısının alınmasından zərər görür. Bu, Konstitusiyaya görə mətbuat və fikir azadlığı baxımından xəyanət adlandırıla bilər. Buna görə də vətənə xəyanət məsələsinin əlamətləri jurnalistlər baxımından Konstitusiyadan çıxarılmalıdır. Əks təqdirdə bu cür problemlər hər zaman yaşanacaq. “

 

Die Welt qəzeti dövlət orqanlarını tənqid edir:

 “ Federal Baş Prokurorluq, Daxili İşlər və Ədliyyə Nazirliklərində Konstitusiyaya sadiq bir heyətin mövcudluğundan yola çıxsaq, həqiqətən mövcud olan və ya olmayan bir vətən xainliyinə qarşı reaksiyada soyuqqanlılığın əskikliyinə şahid oluruq. Hökumət və Federal Baş Prokurorluq idarəçilikdəki böhrana hakim deyil. Bu, təhlükəsizlik orqanlarında çalışan almanlar üçün də keçərlidir.

 

Nürnberger Nachrichten qəzeti isə məsələyə aşağıdakı kimi münasibət bildirir:

 “ Bir neçə yüksək vəzifəli məmurun və siyasətçinin nə olduğu netzpolitik.org qalmaqalında ortaya çıxdı. Baş Prokuror Rangenə bir neçə həftə əvvəl başlanan istintaqla bağlı xəbərdarlıq etdiyini deyən Ədliyyə Naziri Maas bu istintaqı dayandıracaq siyasi cəsarəti isə ortaya qoymadı. Baş Nazirlik gizli servislərin nəzarətində məsuliyyəti tək daşımır. İndi hamı Rangenin diqqət çəkən cəldliyi ilə araya məsafə qoyur. Berlində bu qalmaqalın nə qədər təhlükəli olacağı anlaşıldı.

 

Kölner Stadt-Anzeiger qəzeti də Yunanıstandakı iqtisadi böhranla bağlı şərh verib. Bazarın referendumdan sonrakı ilk iş gününə diqqət çəkilən şərhdə deyilir: “Avropanın müharibədən sonrakı tarixində Aleksis Tsipras kimi heç bir baş nazir bu qədər qısa zamanda belə bir iqtisadi zərərə səbəb olmadı. Tsipras düşüncəsizcəsinə elan olunan mənasız bir referendumla iyun ayının sonunda bazarın da 5 həftə bağlı qalmağını özü ilə birlikdə gətirən bir bank böhranına səbəb oldu. Məcburi fasilənin ardınca ilk iş günündə bazar kapitalı 7 milyard avrodan çox pulu havaya uçurdu.

Şərhlər

Çox oxunanlar