Sergey Markov: "Seçkilərdən sonra Qarabağla bağlı danışıqlar intensivləşdiriləcək"
23.02.2018 21:10 A-reaksiya 1691
"Hesab edirəm ki, seçkilərdən sonra bu il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar intensivləşdiriləcək".
Bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun baş direktoru, politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, danışıqlar əvvəlki kimi Madrid prinsipləri əsasında aparılacaq.
Politoloq 2016-cı ilin sonunda danışıqların, demək olar ki, nəticə verdiyini bildirib: "Nikbinlik çox böyük idi, lakin çıxış yolu tapılmadı. Bu danışıqlara qayıtmaq olduqca vacibdir. 2016-cı ildə danışıqların alınmamasına radikal erməni diasporunun təzyiqi səbəb oldu. Belə ki, onlar Ermənistan üzərindəki təsir qüvvələrini itirəcəklərindən qorxurdular".
S.Markovun sözlərinə görə, ATƏT-in Minsk qrupunda aparıcı rolu Rusiya oynayır: "ABŞ və Fransa bu formatda Rusiya ilə münaqişə yaşamır, hərçənd başqa məsələlərdə gərginlik var. Bu, ABŞ və Fransanın belə sülhsevər təşəbbüsləri dəstəklədiyi xüsusi unikal haldır".(report)
Şərhlər