Natali Qule: Saakyanın ABŞ-a səfəri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün mənfi siqnaldır

19.03.2018 13:20     A-reaksiya     1432

Bunu Trend-ə açıqlamasında Fransa Senatının Xarici işlər komitəsinin sədr müavini, senator Natali Qule deyib.

O qeyd edib: "Yenə də biz həmişəki problemlə qarşılaşırıq. Bu, hətta Ermənistanın tanımadığı saxta dövlətdir. Beynəlxalq ictimaiyyət reaksiya verməli və belə münasibəti qadağan etməlidir. Biz Saakyanın Fransaya səfərinə mane olmağa çalışdıq, lakin cəhdlərimiz uğursuz oldu".

Xanım N.Qule əlavə edib ki, bu, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan ABŞ-dan göndərilən çox mənfi siqnaldır.

Onun sözlərinə görə, əgər hökumət belə hallarda gücsüzdürsə, o zaman "qondarma dövlət" məsələsi BMT Təhlükəsizlik Şurasına çıxarılmalıdır.

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti" kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar olaraq, Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası təqdim edilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar