Deputat Rusiya-Qərb qarşıdurmasından danışdı
28.03.2018 11:30 A-reaksiya 1557
İndiki məqamda rus diplomatlarının qovulmasının Azərbaycana hansısa bir təsiri yoxdur.
Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Fazil Mustafa Böyük Britaniya ilə Rusiya arasında məlum diplomatik gərginlikdən sonra bir çox Qərb ölkələrindən rusiyalı diplomatların qovulmasına və bunun nələrə gətirib çıxara biləcəyinə münasibətini bildirərkən deyib.
“Sadəcə, Rusiyanın atdığı revanş addımlarının təsiri bu ölkənin təsir gücü kifayət qədər olan bütün postsovet məkanı ölkələrinin maraqlarına uyğun gəlməyə bilər”, - deyən millət vəkilinin sözlərinə görə, Rusiyanın Qərblə qarşıdurmasının əzilən tərəfinə çevrilmək təhlükəsi hamı, o cümlədən bizim üçün də var.
“Xarici siyasətimizi daha dəqiq cilalamağa məcburuq.
Rusiya ilə münasibətlərimizə xələl gətirmədən Qərblə münasibətlərimizin də korlanmasına rəvac verməməliyik”, - deyə millət vəkili əlavə edib.
Şərhlər