ATƏT ABŞ-ı Qarabağa görə qınadı

05.04.2018 12:53     A-reaksiya     1676

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Fransa və ABŞ rəsmilərinin Dağlıq Qarabağ separatçıları ilə qanunsuz əlaqələrini və onların səfərlərini təşkil etmələrini Helsinki aktının kobud şəkildə pozulması və vasitəçiliyik missiyası ilə bir araya sığmayan pozuntu kimi qiymətləndirib.

Bu haqda Azay Quliyev Tvitter hesabında yazıb. ATƏT PA rəsmisi ABŞ və Fransanın separatçılara verdiyi dəstəyin regionda sülhə və təhlükəsizliyə zərbə vurduğunu, ATƏT-in Minsk Qrupuna olan inamı ciddi şəkildə zədələdiyini bildirib.

Azay Quliyev bu yanaşmanın indiyə kimi vasitəçilik missiyasının düçar olduğu uğursuzluğun əsas səbəbi kimi dəyərləndirib.

Reaksiya.az

Şərhlər