Ekspert: “İsrail-Fələstin münaqişəsinin gərginləşəcəyi gözlənilən idi”
05.04.2018 13:45 A-reaksiya 1685
Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyir ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra bu münaqişənin gərginləşəcəyi ilə proqrazlar verilirdi
Aprelin 3-də işə başlayan Ərəb Dövlətləri Liqasının fövqaladə iclasında Qəzza zolağındakı vəziyyətin müzakirə olunacağı bildirilir. Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyir ki, Qəzza zolağında baş verən toqquşmalar bölgədə qalıcı sülhə nail olmağın hələ mükün olmadığını göstərir:
“Biz İsrail-Fələstin münaqişəsinin səngiməsinin şahidi olmamışıq. ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra bu münaqişənin gərginləşəcəyi ilə proqrazlar verilirdi. Proqnozlar özünü doğrultdu. Ərəb Dövlətləri Liqası bu münaqişə ilə bağlı hər hansı diplomatik addımlar ata bilər. Ancaq hansısa ərəb dövlətinin İsraillə açıq qarşıdurmaya gedəcəyinə ehtimal vermirəm”.
Qeyd edək ki, martın 30-da İsraillə Qəzza zolağının sərhədində hərbçilərlə toqquşmalarda 20-yə yaxın fələstinli ölüb. Həmin gün Qəzza zolağında “Torpaq günü”nü qeyd edən minlərlə fələstinli qaçqınların doğma torpaqlarına qaytarılması tələbi ilə kütləvi aksiyalar keçiriblər.(sputnik)
Reaksya.az
Şərhlər