Hələb-Mosul arasında geniş savaş? - Analiz

06.08.2015 19:02     A-reaksiya     2910

Suriyada daxili savaşda dəyişən planlara və yer alan oyunçulara bağlı olaraq tərəflər yeni vəziyyət üzərində işləyir. Türkiyə-Amerika əlaqələrində İŞİD və PKK kimi terror təşkilatlarına qarşı yeni iş birliyi, başda PKK olmaqla terror qruplaşmalarının fərqli münasibətləri və yeni ittifaq axtarışları bölgə və bölgə xaricində canlanma yaradıb.

 Hazırda Türkiyə Silahlı Qüvvələri daha çox Şimali İraq ərazisində əməliyyatlar keçirsə də, bunu tezliklə Suriyaya da keçəcəyinin bilinməsi canlanmanı artırır.

PKK-nın lider heyətinin Suriyaya qaçmasına aid xəbərlərin yayılması da yeni əməliyyatların Suriyada olacağından xəbər verir. Halbuki daha öncə başda Karayılan və Bayık ləqəbli liderlər olmaqda heyətin daha təhlükəsiz yer kimi İrana qaçdıqları deyilirdi.

  Əməliyyatların Suriyada davam edəcəyini göstərən nümunələr bununla bitmir. Burada Rusiya, İran və İraq qədər türkiyənin “müttəfiq” olduğu ölkələrdən gələn təzyiqlərin də böyük rolu var. Məsələn Ərəb Birliyinin Baş Katibi Nəbil Əl Ərəbinin Türkiyənin Şimali İraqdakı PKK düşərgələrinə etdiyi hava hücumlarını qınaması olduqca diqqətçəkici, amma gözlənilməz deyil. Bölgədə İrana qarşı bir kürd dövlətinin qurulmasını dəstəkləyən Səudiyyə Ərəbistanın qərar verici bir güc olduğu təşkilatdan da başqa bir açıqlama gözlənirmirdi. Eyni zamanda Avropa Birliyi və ABŞ-dan gələn “ PKK-nı vuranda nisbəti nəzərə alın” tipli açıqlamalar da Ərəb Birliyi ilə üst-üstə düşür: “ İraqda əməliyyatları saxla, Suriyaya keç, İŞİD-i vur “.

 Oxşar yanaşma Bərzaninin açıqlamalarında da görünür. PKK-nı “tənqid” edən Bərzanı tezliklə: “ Türkiyə Silahlı Qüvvələri Qəndili boş yerə bombalayır, PKK-çıların hamısı Suriyadadır” desə, təəccüblənməmək lazımdır. Bərzaninin dırnaqarası tənqidi daha çox bölgədəki terror təşkilatını qorumağa yönəlmiş bir addımdır.

 Məsələlər bununla bitmir. Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun 5 avqust tarixli çıxışı da bu yeni mərhələni bir növ təsdiq edir. “ ABŞ ilə anlaşmamız çərçivəsində bazalarımızın, xüsusən də İncirlik bazasının açılması məsələsində razılığa yaxınlaşdıq” deyən Çavuşoğlu “ Pilotlu və pilotsuz ABŞ təyyarələrinin gəlməyə başladığını görürük. Yaxın zamanda İŞİD-ə qarşı birlikdə planlı bir mübarizəyə başlayacağıq” dedi. Çavuşoğlu İŞİD ilə mübarizənin ərazi olaraq hansı ölkəyə qarşı aparılacağını deməsə də, planlı bir mübarizəyə başlayacaqlarını deməsi ağıla Suriyanı gətirir. Çünki İŞİD Türkiyəyə qarşı sonuncu hücumu Suriyadan etmişdi. Və yenə Türkiyə-Amerika əlaqələrindəki son ciddi qırılma nöqtəsi də Suriya məsələsi ilə bağlı görüşdəki fikir ayrılıqları ilə bağlı olmuşdu. Qırılma nöqtəsi 2012-ci ildə ABŞ-ın “Yeni Suriya” və radikal qrupların təmizlənməsi ilə Türkiyənin Əfqanıstanda ABŞ sonrası müharibəni davam etdirən güc olması qarşılığında başda PKK ilə mübarizə olmaqla Türkiyə-Amerika əlaqələrində “strateji ortaqlığın” daha da genişlənməsini əhatə edən bir neçə təklifə müsbət yanaşmaması nəticəsində yaranmışdı. 2013-cü ilin may ayında Vaşinqton səfərində münasibətlərin daha da gərginləşməsi ərəfəsində Türkiyəni bölgədən çıxarmağa yönəlmiş əməliyyatlar Obama hökuməti tərəfindən başlanmışdı. Beləliklə, iki ölkə arasında əlaqələrin qopduğu nöqtədən sonra yeni bir başlanğıc gündəmdədir. Bu da hər iki ölkənin 2012-ci ildə Vaşinqton tərəfindən irəli sürülən bir qrup tələb və təkliflər barədə müəyyən razılığa gəldiyini göstərir. Bu razılığın mərkəzində də Əsəd rejiminin gələcəyi qədər Şimali Suriya mərkəzli kürd qrupların və terror təşkilatlarının da rolu olduğu başa düşülür. Bunu PYD terror təşkilatı lideri Müslüm Salehin son açıqlamaları ilə İranın sərt cavabı və Rusiyanın “ diplomatik həll” adı altında başladığı yeni təşəbbüs axtarışlarında görürük. Hələbi və Mosulu Türkiyə sərhədləri içində göstərən “Yeni Türkiyə” və “Yeni Şərq” xəritələrinin yer aldığı xəbərlərin mətbuatda yer almağa başlaması zaman olaraq bu baxımdan olduqca mənalıdır. Sanki gündəm “ Hatay Modeli”nə hamiləymiş kimi digər tərəfdən də işin sonunda Dimyata düyü üçün gedərkən evdəki bulqurdan olmaq da var. Dolayısı ilə başlar çox qarışıqdır!

Şərhlər

Çox oxunanlar