Bu qələbə İlham Əliyevin özündən çox bütövlükdə xalqın qələbəsidir - Sahib Əliyev

12.04.2018 12:56     A-reaksiya     1717

  

11 aprel tarixində Azərbaycanda prezident seçkisi keçirildi. Seçkinin yekun nəticəsinə əsasən, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,3 faizini toplayıb.

Seçki ərəfəsində bir qrup mühacirlər yüksək vəzifəli hakimiyyət nümayəndələrinin ünvanına təhqirlər, söyüşlü ifadələr işlədirdilər. Hakimiyyət nümayəndələrinin sözlərinə görə, həmin mühacirlər Azərbaycana qarşı olan bəzi qrupların məkrli siyasətlərinin bir parçasıdır. Ölkə ictimaiyyətinin və müvafiq qurumların sayıqlığı nəticəsində seçkiyə qədər ölkədə sabitlik qorunub saxlandı.

"İlhamla irəli" şüarının növbəti dəfə özünü doğrultması, əlbəttə ki, Azərbaycan xalqının Heydər Əliyev siyasətinə olan böyük dəstəyinin göstəricisidir.

 

Dünən axşamdan bu yana ən şox rast gəlinən iki söz var- təbrik və qələbə. Doğrudan da dünən hamımızın təbrikinə və hamımızı təbrikə haqq edən bir qələbə qazanıldı. Bu fikirləri  Millət vəkili Sahib Əliyev özünün feysbuk səhuifəsində yazıb. Millət vəkilinin sözlərinə görə əslində bu, cənab İlham Əlievin özündən çox bütövlükdə xalqın qələbəsiydi və heç də asan qələbə deyildi. 

Düzdür, biz seçkiyə qatılan və könlündən prezidentlik keçsə də bəlli səbəblərdən qatılmayan hər kəsi göz önünə gətirib deyə bilərik ki, İlham Əliyev üçün onların üzərində qələbə çalmaq asandan da asandı axı. Elədir, ancaq onun əsl rəqibləri nə seçkiyə qatılanlar, nə də boykotçular deyildilər. Rəqiblər həmən boykotçuları “Məhsul”da “gimnastika” etdirənlər, vidadi, orduxan və digər adlar altında “çirkab boruları” düzəldib xalqımızı və Prezidentimizi gözdən salmağa çalışanlar idi. Bu həm də o çevrələrdir ki, Yaxın Şərqin xaos girdabına yuvarlanmasında az rol oynamayıblar.
Burada da bu dəfə “söyüş inqilabı” hazırlayırdılar, alınmadı. Çirkab borularından kəmər düzəltmək, Azərbaycana xaos axıtmaq mümkün olmadı. Kəmər düzəldə bilmədiklərindən 4-5 “boru”dan axıdılan çirkab elə axıtdıranların öz məmləkətində qaldı, pis qoxulu imiclərini daha da iyləndirdi.

Dünən keçirilən seçki bir daha təsdiqlədi ki, Yaxın Şərqdə və bir çox başqa ölkələrdəki kimi üzərində eksperiment aparılan xalqlardan deyilik, olmayacağıq. Öz seçici fəallığı və seçki mədəniyyətimizlə biz bir xalq olaraq mütəşəkkilliyimizi, sivilliyimizi, eyni zamanda da qədirbilənliyimizi ortaya qoyduq. 

Hər bir xalq öz liderinə haqq edir deyirlər. Yüksək seçki mədəniyyətimiz, mütəşəkkliliyimiz, qədrbilənliyimizlə biz göstərdik ki, elə hər bir lider də öz xalqına haqq edir. Dünən təkcə biz Prezidentimizi seçmədik, həm də onun öz xalqına haqq etdiyini sərgilədik.

Təbriklər Azərbaycan xalqı, təbriklər cənab Prezident! Uğur həmişə Sizinlə, uğur həmişə bizimlə olsun!

Rəsmiyyə Allahverdiyeva

Reaksiya.az

Şərhlər