"Azərbaycandakı seçkilərə şərtlənmiş yanaşma mövcuddur"

13.04.2018 12:28     A-reaksiya     1562

"Bəzi qərb qeyri-hökumət təşkilatlarının və bir sıra qərb rəsmilərinin nəinki Azərbaycana, həm də bir sıra ölkələrə qarşı belə şərtlənmiş yanaşmasını görürük"

"Hələ seçkilərdən əvvəl bir sıra siyasi qüvvələrin Azərbaycandakı seçkilərə mənfi yönümdən yanaşma tərzi məlum idi". Bunu Rusiya XİN rəsmisi Mariya Zaxarova Azərbaycanda keçirilən seçkilər barədə danışarkən bildirib.

"Demək istəyirəm ki, Azərbaycandakı seçkilərdə çoxlu sayda beynəlxalq müşahidəçi iştirak edib — bu faktdır… şübhəsiz ki, onlar öz sözlərini deməlidirlər. Lakin yaxşı başa düşürük və demişik ki, bir sıra siyasi qüvvələrin Azərbaycandakı seçkilərə mənfi yönümdən yanaşma tərzi hələ seçkilərdən əvvəl məlum idi. Biz bəzi Qərb qeyri-hökumət təşkilatlarının və bir sıra Qərb rəsmilərinin nəinki Azərbaycana, həm də bir sıra digər ölkələrə qarşı belə şərtlənmiş yanaşmasını görürük" — Zaxarova bildirib.


Reaksiya.az

Şərhlər

Çox oxunanlar